“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

10:04 15-11-2019 | icon 158 | Sağlamlıq
“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Nərminə Abbasova: “Bəzən sümüklərin böyüməsi damarların inkişafını çox qabaqlayır”

 

“Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir. Bəzi hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər dizlərinizdə ağrılar tez-tez təkrarlanırsa, buna laqeyd yanaşmayın və həkimə müraciət edin”.


Diz oynağın artroz xəstəliyi barədə Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova öncə dizlərdə olan ağrılardan və səbəblərdən danışdı:

 

“Diz oynağın artroz xəstəliyi dizdə olan ağrıların ən yayılmış səbəblərindən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir. Xəstəlik asta-asta bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəlcə dizdə olan ağrılar çox zəif ifadə olunur və yalnız insan uzun müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq və ya düşmək xəstə üçün xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə dizlər demək olar ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır”.



N.Abbasovanın sözlərinə görə, xəstəliyin növbəti mərhələsində ağrılarla yanaşı dizdə xırtıltı səsi əmələ gəlir və oynaq deformasiya olunur, yəni normal formasını dəyişir. Qonartrozun bütün əlamətlərinin illər keçdikcə daha da ağırlaşdığını, xəstənin çətinliklə gəzdiyini, köməksiz stuldan dura bilmədiyini vurğulayan həkim-terapevt deyir ki, menisklərin zədələnməsi də dizdə olan ağrıların yayılmış səbəblərindən biridir:

 

“Menisk oynağın içərisində olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi hər yaş dövründə ola bilər. Əksər hallarda 1 oynaq zədələnir. Meniskin zədələnməsi travma nəticəsində olur. Qonartrozla müqayisədə meniskopatiya çox tez inkişaf edir. Bir çox hallarda bunun sədəbi yerimə, hoppanma, qaçma zamanı baş verən uğursuz hərəkətdir. Meniskopatiya idmançılarda daha tez-tez inkişaf edir. Zədələnmə zamanı insan dizdə xırtıltı səsi eşidir və kəskin ağrı hiss edir. Ağrı o dərəcədə güclü olur ki, insan hətta addım ata bilmir. Bəzən 10-15 dəqiqədən sonra ağrı azalır və xəstə hərəkət edə bilir. Lakin ertəsi gün və ya bir gündən sonra oynaq şişə bilər. Bu zaman meniskin zədələnməsinin xarakterli əlaməti meydana çıxır. Xəstəliyin kəskin dövrü 2-3 həftə çəkir, daha sonra xəstənin vəziyyəti yüngülləşir. Düzgün müalicə olunmadan xəstəlik illərlə davam edir, ağrılar gah yox olur, gah da yenə əmələ gəlir. Kəskinləşmə adətən güclü fiziki gərginlikdən, uğursuz hərəkətdən sonra inkişaf edir”.



Həkim-terapevt bildirdi ki, qonartrozla müqayisədə meniskopatiya zamanı oynaq adətən deformasiya olunmur, lakin bəzi hallarda meniskin zədələnməsi artrozun inkişafına səbəb olur. Nərminə xanım artritin də diz ağrılarına səbəb olmasının mümkünlüyünü vurğuladı. Onun sözlərinə görə, artrit hər yaş dövründə inkişaf edə bilər, lakin əksər hallarda xəstəlik cavan yaşlarda başlayır. Həkim deyir ki, artrit zamanı həm bir, həm də hər iki oynaq iltihablaşa bilər:


“Artrit tez - 1-3 gün ərzində inkişaf edə bilər. Oynaq ödemləşir və şişir. Artritin ən xarakterik simptomu gecə ağrılarıdır, hansı ki, təxminən gecə saat 3-4 radələrində başlayır. Ağrılar o dərəcədə güclü olur ki, insan ağrıdan yuxudan oyanır. Vəziyyətin dəyişməsi, soyuq, isti ağrını azaltmır. Yalnız xüsusi iltihabəleyhinə preparatların qəbulu ağrını azaldır.
Artroz və meniskopatiya zamanı isə ağrılar insanı gecə saatlarında narahat etmir, əksinə, ağrılar azalır və ya heç olmur. Nadir hallarda - xəstə yuxuda çevrildikdə və ya xəstə ayaq narahat vəziyyətdə olduqda - bu xəstəliklər zamanı da ağrılar gecə saatlarında əmələ gələ bilər. Lakin ayağın vəziyyətini dəyişildikdən sonra ağrılar tez keçir”.



Nərminə xanım qeyd etdi ki, artritin demək olar ki, bütün növləri bir yox, bir neçə oynağın iltihabına səbəb olur. Diz oynaqlardan əlavə ayaq və əl barmaqları oynaqları, dirsək, baldır-pəncə oynaqları da zədələnir.
Nadir hallarda olsa da bud-çanaq oynağın artrozunun dizlərdə yaranan ağrılara səbəb olduğunu deyən həkim bildirdi ki, bu halda ağrı "əks olunmuş" xarakter daşıyır. Bu zaman diz oynaqların hərəkətliliyi pozulmur, diz oynaqları şişmir, deformasiya olunmur:



“Qan dövranının pozulması da dizlərdə ağrılara səbəb ola bilər. Adətən belə ağrılar insanda yeniyetmə dövründə ilk dəfə əmələ gəlir. Məsələ burasındadır ki, bu zaman orqanizm sürətlə inkişaf edir və bəzən sümüklərin böyüməsi damarların inkişafını çox qabaqlayır. Nəticədə isə pozulma yaranır. Belə ağrılar ilk dəfə əmələ gəldikdən sonra insanın ömrünün sonuna kimi saxlanıla bilir. 18-20 yaşından sonra ağrılar azalır. Məsələn, artrozda isə əksinə olaraq, illər keçdikcə ağrılar daha da artır. Qan dövranın pozulması ilə bağlı olan diz ağrıları diz oynağının hərəkətliliyini pozmur.
Ağrılar hər iki dizdə hiss olunur. Belə ağrıların yaranmasına havanın dəyişilməsi, soyuq, soyuqlama, fiziki gərginliklər səbəb ola bilər. Əksər hallarda belə ağrılar xüsusi isidici məlhəmlərin sürtülməsi, masaj və xüsusi damarları genişləndirən preparatların qəbulundan sonra keçir. Belə hal heç bir xüsusi müalicəni tələb etmir. Ümumillikdə, diz oynaqları insan bədənində ən zəif oynaqlardan biri sayılır. Bu səbəbdən onları imkan daxilində qorumaq lazımdır”.

 

 

DİQQƏT!

Diziniz ağrıyır, sızıldayır və şıqqıldayır? Xəstəliyin ağırlaşmasını gözləməyin. Əgər daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI