Riqada Azərbaycanın mətbuat sahəsində nailiyyətlərinin təqdimatı keçirilib

15:06 15-11-2019 | icon 68 | KİV
Riqada Azərbaycanın mətbuat sahəsində nailiyyətlərinin təqdimatı keçirilib

Noyabrın 13-14-də Riqada Avropa Komissiyasının xətti ilə “Şərq tərəfdaşlığı media konfransı 2019: biznes və dayanıqlı inkişaf” konfransı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə iştirak etmiş “Baku Network” Ekspert şurasının prezidenti Elxan Ələsgərov bildirib ki, TREND Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Lina Vaytkyaviçene məruzə ilə çıxış edib. O, öz çıxışında TREND Beynəlxalq İnformasiya Agentliyinin inkişafının timsalında müxtəlif ölkələrdən olan jurnalistlərə Azərbaycanda KİV sahəsində vəziyyəti təqdim edib, ölkənin media məkanındakı azad, demokratik mühitin TREND-in uğurlarına təsiri, dövlət tərəfindən mətbuatın inkişafına göstərilən böyük dəstək barədə danışıb.

 

E.Ələsgərov qeyd edib ki, bir müddət əvvəl Brüsseldə bu konfransa hazırlıq çərçivəsində təşkilat qrupunun görüşü keçirilmişdi. Bu görüşə Avropa Komissiyası tərəfindən Lina Vaytkyaviçene də qatılmışdı:

"Görüşdə qarşıdakı media forumunun proqramı müzakirə olunmuşdu. Məlum oldu ki, panellərin birində avtoritar dövlətlərdə mətbuatın vəziyyəti barədə müzakirələrin aparılması planlaşdırılıb. Bəzi qüvvələr bu müzakirələrə Azərbaycanı da daxil etmək istəyib. Amma Vaytkyaviçenenin Azərbaycana bu yanaşmanın yanlışlığı barədə çıxışından sonra ölkəmizi bu panelə daxil etməmək qərara alındı. Lina Vaytkyaviçene öz təqdimatında konfrans iştirakçılarının diqqətini TREND Beynəlxalq İnformasiya Agentliyinin nail olduğu uğurlara yönəldib. Təqdimat zamanı Azərbaycanın mətbuat sahəsində azadlıq, demokratiya və digər nailiyyətlər, peşəkar jurnalistikanın çiçəklənməsi və bu peşənin nüfuzunun artması üçün şəraitin yaradılmasında dövlətin rolu əyani nümayiş etdirilib. Vaytkyaviçenenin təqdimatı konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb. Onlar qeyd ediblər ki, Azərbaycan son illərdə bir çox sahələrdə, o cümlədən kütləvi informasiya vasitələrinin inkişafı məsələlərində mühüm irəliləyişə nail olub. Bunun bariz nümunəsi TREND Beynəlxalq Agentliyinin dünya informasiya agentlikləri ilə əməkdaşlıq etməsidir. “Bloomberg” İnformasiya Agentliyinin Xəzər regionundan məlumatın əsas tədarükçüsü kimi həm TREND-in materiallarından fəal istifadə etməsi tədbir iştirakçılarının razılığına və hətta təəccübünə səbəb oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan yerində dayanmır və bütün parametrlər üzrə irəliləyir. Azərbaycanın indiki göstəricələri bir çox məsələlərdə Avropaya bərabərdir, bəzi göstəricilərdə isə onları da keçirik. Hesab edirəm ki, konfransın yekunları bizə düşünmək üçün əsas verdi və gələcək işlərimizdə biz bunları nəzərə alacağıq. Vacib olan odur ki, bizim ciddi platformamız və maraqlarımızın təkcə region miqyasında deyil, həm də dünya arenasında təbliğ olunması üçün imkanlarımız var”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar