“Zaminbank”ın vəzifəli şəxslərinə hökm oxunub

15:24 15-11-2019 | icon 437 | Hadisə
“Zaminbank”ın vəzifəli şəxslərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Versus.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. 

 

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Tağıyeva da bankın əməkdaşı olub. Bankın vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Onlar ümumilikdə banka 1 milyon 337 min manat ziyan vurmaqla, ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndiriliblər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı