Müxalifətçi gənc Müsavatı ittiham etdi

15:44 15-11-2019 | icon 278 | Siyasət
Müxalifətçi gənc Müsavatı ittiham etdi

Düz 2 il bundan öncə Müsavatda sənəd alveri ilə bağlı Meydan TV-də yazım getdi. Həmin yazıdan sonra bütün Müsavat heyəti düşdü üstümə və məndən sübut tələb etdilər. Sübutları ara-sıra bəzilərinə göndərdim. Daha sonra Laçın Məmişov çıxdı və sənədli, şahidli faktlar qoydu ortaya. Şahid Rəşad adlı birisi efirə çıxdı və zərərçəkmiş kimi çıxış etdi. Mehdi Xəlilbəyli adlı birisinin onu necə aldatdığını və Musavatdan sənədi pulla necə aldığını efirdən səsləndirdi. Müsavat yenə də sübut tələb etdi.

 

Versus.Az xəbər verir ki, bunları Avropada yaşayan gənc fəal Nahid Cəfərov deyib. O bildirib ki, indi də Almaniynın tanınmış mətbuat orqanları Azərbaycandan saxta sənədlərlə insan daşıyan dəstənin zərərsizləşdirilməsi ilə bağlı yazılar dərc etməyə başlayıb:

 

"Nəticədə bizim ifşa etdiyimiz və Müsavatın müdafiə etdiyi Mehdi Xəlilbəyli haqqında 6 aylıq həbs qətimkan tətbiri seçildi. Müsavat əvvəl susdu və proseslərdəki boşluqları öyrənməyə çalışdı. Bütün bunlara cavab olaraq ilkin mərhələdə məqalədə Mehdi Xəlilbəylinin adının keçməməsindən yapışdılar və daha sonra onun-bunun statuslarından götürüb xəbər düzəltməyə başladılar. Adam həbsdədir, həbsi ilə bağlı konkret ad çəkilməsə də yaşadığı şəhər və yaşı qeyd edilib. Bəzi müsavatçılar isə iddia edir ki, yoxe, orada deməli idi ki, bu, Mehdi Xəlilbəylidir və biz onu Müsavata görə həbs edirik. İşin daha da qəlizləşdiyini görsələr, Mehdi Xəlilbəylidən imtina edəcəklər və deyəcəklər ki, biz onu çoxdan qovmuşuq partiyadan.

Bir şeyə əmin olun. Sizlər bu millətin qara üzüsünüz. Siyasi mübarizəyə xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız".

 

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

 

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı