“Terminator” 4DX formatında

15:53 15-11-2019 | icon 565 | Film
“Terminator” 4DX formatında

Elmi-fantastik “Terminator: Qara talelər” filmi kinoteatrlara Arnold Şvartsenegger və Linda Hemiltonu, həmçinin, T-800 və Sarrah Konnoru geri qaytarır.

 

Filmə baxanlar onu 4DX formatında da izləyə biləcək. Bu, onları daha çox qatil robotları izləməyə sövq edəcək. Çünki hərəkət edən kreslolar, duman, yağış və külək onlarla bərabər olacaq.

 

Tim Millerin filmində avtomobil təqibləri, paraşütlə tullanma, təyyarədə döyüş, davalar və terminatorla döyüş yer alır. Bu hərəkət dolu səhnələri daha da canlı edən isə 4DX formatıdır.

 

Bir avtomobil digərini qovarkən izləyici kreslonun maşın kimi hərəkətini hiss edəcək. Obrazlar islananda tamaşaçı da onunla birgə islanacaq. Keçmişə səyahət edən zaman isə elektrikvurmaya bənzəyən işıqlar ətrafa saçılacaq. 

 

Önəmli yerlərdən biri isə təyyarədə baş verən hadisələrdir. 4DX-lə hərəkət edən kreslolar, küləyin içəri girməsi ilə sizə uçurmuşsunuz kimi hiss verəcək. 

 

4DX formatındakı “Terminator: Qara talelər” baş verənləri real həyatda izləmək kinosevərlərə zövq verəcək. 

Film haqqında qısa məlumat: Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı