BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

17:00 15-11-2019 | icon 371 | Təhsil
BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

 Noyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və  ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə 16 Noyabr -Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Azərbaycanda tolerantlığın dərin köklərinin olduğunu, ölkəmizdə yaşayan insanların tarix boyu bir-birinin inam və etiqadına, etnik müxtəlifliyinə hörmət və ehtiramla yanaşdığını  bildirib. X.Sultanova  qeyd edib ki, Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində məqsəd dünya xalqlarının bir-birinə dözümlülük nümayiş etdirərək onları mehriban qonşular kimi yaşamağa səsləməkdir.

 

Bu barədə Versus.Az-a BSU-nun Mətbuat xidməti bildirib.

 

Azərbaycan multikulturalizmi və  ölkəşünaslıq  kafedrasının müdiri İbrahim Quliyev çıxışında Beynəlxalq Tolerantlıq Gününün yaranması və bu günün tarixi haqqında   məlumat verərək  Azərbaycanın hazırda bütün dünyada tolerant ölkə kimi tanındığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə söhbət açan İ.Quliyev Azərbaycanın bu gün müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisi olduğunu deyib. İ.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tolerantlıq və multikulturalizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

 

 Sonra Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Sevda Axundova  “Heydər Əliyev və tolerantlıq”, kafedranın baş müəllimi Günay Vəliyeva  “BSU-da tolerant mühit”, kafedranın müəllimləri Nərmin Elyasova “Tolerantlıq və onun növləri”, Səbinə  Məmmədova “Azərbaycanda tolerantlıq” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda  Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Hacı Rauf Azərbaycanda tolerantlıq mühiti və multikultural dəyərlər mövzusu ətrafında fikir və rəylərini bildiriblər.

 

Versus.Az

 

                      

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi