“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb

11:32 16-11-2019 | icon 296 | Mədəniyyət
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb

"Euronews" televiziya kanalının alman dili redaksiyasının "Azərbaycanda birlikdə caz ifa etmək: Bakı Caz Festivalı" adlı videoreportajında festival çərçivəsində xüsusilə Avropa caz musiqisinə vurğu edildiyi, azərbaycanlı caz ifaçılarının festivalda aktiv iştirak etdiyi nəzərə çatdırılır.

 

Versus.Az xəbər verir ki, reportajda cazın bütün dünya janrlarından bəhrələndiyi qeyd olunur. Müxtəlif mədəniyyətlərin və millətlərin musiqiçilərinin bir arada çalışdığı festival proqramının kreativ imkanlarının geniş olduğu vurğulanır.

Türkiyənin "Feti Blue Band", İsveçrənin "Azadlıq Triosu", Almaniyanın "MASAA" qruplarının, Niderland Krallığından olan saksofon ifaçısı Yuri Honinginq öz həmvətənləri ilə birlikdə yaratdığı kvartetin, fransalı Julie Eriksson adlı müğənni, pianoçu və bəstəkarın festivalda iştirak etdikləri diqqətə çatdırılır. Bakı Caz Festivalında gənc istedadların təşviq edilməsi məqsədilə müxtəlif kateqoriyalarda beynəlxalq müsabiqələrin də olduğu qeyd edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı