"Azərbaycanda uroonkologiya sahəsində çatışmazlıq yoxdur"

12:43 16-11-2019 | icon 336 | Sağlamlıq
"Azərbaycanda uroonkologiya sahəsində çatışmazlıq yoxdur"

Azərbaycanda uroonkologiya sahəsi üzrə görülən işləri çox yüksək dəyərləndirmək olar.

 

Versus.Az xəbər verir ki, bunu bunu Avropa Uroloji Dərnəyinin üzvü, Türkiyənin Hacettepe Universitetinin professoru Sərdar Tekgül deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda ən müasir texnologiyaları tətbiq edən müalicə mərkəzi - Milli Onkologiya Mərkəzi fəaliyyət göstərir. Amma hər zaman tibb sahəsində bilgilərin paylaşılması, hər kəsin öz təcrübəsini paylaşması bu işə öz töhfəsini verir.

 

S.Tekgül əlavə edib ki, artıq Azərbaycanda uroonkologiya sahəsində hər hansı çatışmazlığın olduğunu demək düzgün olmaz:

"Hər şey yaxşı həyata keçirilir, amma bunun daha da yaxşı inkişaf etdirilməsində simpoziumun əhəmiyyəti böyükdür. Azərbaycanda uronkologiya sahəsində çox dəyərli işlər aparılır. Bu sahə inkişaf etdirilir, yeni texnologiyalar vasitəsilə yeni müalicə metodları tətbiq olunur. Simpozium çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycanda uroonkologiyanın inkişafına, bu sahə üzrə kadrların təkmilləşməsinə töhfə verəcəyinə inanıram".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”