“Ölkədə yaranmış vəziyyət və çıxış yolları” - DƏYİRMİ MASA

09:26 18-04-2018 | icon 708 | Gündəm
“Ölkədə yaranmış vəziyyət və çıxış yolları” - DƏYİRMİ MASA

Siyasi Əməkdaşlıq Mərkəzinin (SƏM) Sədrlər Şurasının növbəti yığıncağı keçirilib.

 

Bu barədə Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidməti xəbər verib. Yığıncaqda ALDP sədri Fuad Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev iştirak edib.

 


Məlumatda bildirilir ki, SƏM aprelin 24-də saat 14-00-da KXCP qərargahında “Ölkədə yaranmış vəziyyət və çıxış yolları” mövzusunda Dəyirmi Masa keçirmək barədə qərar qəbul edib. Tədbirə siyasi partiyalar, ictimai təşkilatlar və mətbuat nümayəndələri dəvət olunacaq.

 

Sədrlər Şurası ölkədə hakimiyyət təmsilçiləri tərəfindən sosial şəbəkələrin qapadılması ilə bağlı çağırışların intensivləşməsi məsələsini müzakirə edib. Bu çağırışların hakimiyyətin antidemokratik mahiyyətindən, totalitar təfəkküründən qaynaqlandığı bildirilib.

 

Yığıncaqda eyni zamanda ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
 
 
TƏBİƏT
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol