Paşinyan yenə sərsəmlədi və...

17:15 16-11-2019 | icon 185 | Geopolitika
Paşinyan yenə sərsəmlədi və...

Ramil Məmmədli: “Köpək xisləti erməni xarakterinə o qədər oturub ki, artıq siyasi arenaya da bu məntiqlə yanaşır”

 

Ramiyə Məmmədova: “Noyabrın 17-də erməni jurnalistlərin Azərbaycana səfərinin Qarabağ məsələsinə heç bir təsiri olmayacaq”

 

Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm çıxışları düşmənin Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmadığını bir daha ortaya qoydu. Bir qədər əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı “artıq mən də Paşinyan kimi danışıram” deməsi erməni terrorçularının qoltuğuna yeni bir “qarpız” qoydu. Üstəlik Nikol Paşinyan azərbaycanlı jurnalistin Qarabağla bağlı sualını həyasızcasına cavablayaraq, guya Ermənistanın sülhpərvər olduğunu, Azərbaycanın isə işğala meyilli olduğunu önə çəkməklə, “əgər Qarabağ Azərbaycanındırsa, niyə danışıqlar aparırsınız” sualı ilə öz alçaq simasını bir daha nümayiş etdirdi. Noyabrın 17-də erməni jurnalistləri “etimad mühitini yaratmaq naminə” Azərbaycana səfərə hazırlaşırlar.

 

Separatçı Ermənistanla Rusiya arasında yeniləşən münasibətlər və Azərbaycan torpqları üzərində cərəyan edən proseslərin hansı mərhələdə olması ətrafında politoloqlar Ramiyə Məmmədova və Ramil Məmmədli erməni həyasızlığının bu həddə canlanmasının səbəblərini “Üç Nöqtə”-yə açıqlayıblar. Versus.Az həmin açıqlamanı təqdim edir:

 

 

Politoloq Ramil Məmmədli bildirib ki, Paşinyan hakimiyyətinin bugünkü davranışları onun Ermənistan siyasi dairələrinin mövqeyini tam, açıq şəkildə açıqlamasına yönəlib:

 

“Ermənistan siyasi dairələri bu günə qədər öz əsas niyyətlərini, fikirlərini gizlədərək siyasi manevrlər edirdilər. Paşinyanın sərsəm çıxışlarından sonra dünya birliyi, beynəlxalq təşkilatlar, prosesdə vasitəçilik edən dövlətlər də gördülər ki, Ermənistan işğalçı tərəfdir. Bu baxımdan bu, Azərbaycan və Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaradır. Belə ki, Paşinyanın son açıqlamaları Azərbaycanın bu məsələdə aktivləşməsində bir stimul olmalıdır. Burda təkcə Xarici İşlər Nazirliyi, Prezident Admnistrasiyası səviyyəsində deyil, həm də Dağlıq Qarabağ İcması və həmçinin Azərbaycanın qeyi-hökumət təşkilatları bu prosesə qoşulmalı və Ermənistanın mövcud mövqeyi daha açıq şəkildə dünya birliyinə çatdırılmalıdır”.

 

P.Məmmədli bildirib ki, Kremlin illərdir apardığı siyasətdə əsas ana xətt, Cənubi Qafqazda, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə balansı qorumaqdan ibarətdir. Onun sözlərinə görə, bu hərbi və siyasi istiqamətləri əhatə edir ki, Azərbaycan hərbi silahlar alan zaman, analoji olaraq Rusiya həmin silahlardan Ermənistana hədiyyə edir.  Və yaxud Azərbaycan hər hansı bir siyasi gediş edərək üstünlüyü əldə edirsə, dərhal Rusiya Ermənistanın siyasi üstünlüyü qazanması, yaxud Azərbaycanı çətin bir duruma salmaqdan ötrü Ermənistana dəstək verən bir addım atır.

 

Politoloq hesab edir ki, Lavrovun Ermənistana səfəri çərçivəsində söylədiyi fikirlər, danışıq və atmacalarının Moskvada susqunluqla qarşılanması Azərbaycan diplomatiyasının son illərdə siyasi arenada qazandığı uğurlu addımlarla bağlıdır:

 

“Çünki 2016-cı il aprel döyüşləri onlar üçün böyük dərs oldu. Rusiya özü də çox yaxşı başa düşür ki, Avropa, Qərb birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyir. Burda maliyyə amili var, çünki Qərblə Azərbaycan arasında iri neft kontraktları imzalanıb və eləcə də Azərbaycan daha çox Avropa təşkilatları ilə əməkdaşlıq edir. Digər tərəfdən, hər bir erməninin üzərində bir missiya var. Lavrovun da genetik olaraq bir hissəsinin erməni olması onu bu missiyanı davam etdirməyə təhrik edir”.

 

“Azərbaycan Paşinyanın cavabını döyüş meydanında verməlidir”

 

R.Məmmədli bildirib ki, Ermənistanı əvvəlki prezidentləri Köçəryan, Sərkisyanın da dövründə Qarabağla bağlı Azərbaycanı təxribata çəkən bəyanatlar olub:

 

“Lakin bu iki prezident özlərini bir qədər siyasətçi kimi aparırdılar. Paşinyan kimi populist çıxışlar eləmirdilər. Düşünürəm ki, Paşinyan Qarabağ münaqişəsini qısa zamanda yekunlaşdırmaq istəyir və bununla da Ermənistan tarixində qalmağı düşünür.

Paşinyan əslində Qarabağ münaqişəsinin əsl simasını açıq şəkildə bəyan edir və “Qarabağ Ermənistanındır” deyir. Bu təkcə Bakıya deyil, həm də Moskvaya yönələn ismarıc idi. Qondarma Dağlıq Qarabağa iddiaçı tərəf faktiki olaraq Rusiyadır, ona görə də 88-ci ildə “Miyatsum-Birləşək” şüarı ilə başlanan hərəkat, 1992-ci ildə qondarma bir respublikanın yaradılması ilə yekunlaşdı. Ermənistan siyasətçilərinin fikri isə tamam başqa idi. Bunlar Qarabağı Ermənistanın- Hayastanın ərazisi kimi görürdülər. Amma bunu  edə bilmədilər. Paşinyan bu addımları atmaqla həm Moskvanı konkret mövqe nümayiş etdirməyə silkələyir,  həm də Bakını. Sadəcə olaraq Azərbaycan bu məsələdə çox təmkinli davranır. Bundan başqa çıxış yolu da yoxdur. Çünki apreldə baş verən müharibə amilindən sonra Azərbaycana hansı gözə görünməyən təzyiqlərin olduğunu bildik. O zaman birbaşa olaraq Amerika bizi dəstəkləməmişdi, Qərb də bizim yanımızda deyildi. Sadəcə Azərbaycanın haqlı tərəf olduğunu bildirən bəyanatlar verildi. Bu gün strateji tərəfdaş adlandırdığımız Türkiyə, eləcə də İran da hərbi əməliyyatlara başladığımız zaman hansı mövqeni sərgiləyəcək, onu da bilmirik. Çünki bunların hər ikisi də Moskva ilə strateji müttəfiq səviyyəsinə qədər yaxınlaşıblar. Ona görə də biz populist çıxışlardan çox təmkinlə proseslərin hansı istiqamətə yön aldığını gözləməliyik”.

 

P.Məmmədli hesab edir ki, bu gün Paşinyan, “arxalı köpək qurd basar” prinsipi ilə çıxış edir. Köpək xisləti erməni xarakterinə o qədər oturub ki, artıq siyasi arenaya da bu məntiqlə yanaşır:

 

“Erməni siyasətində olan insanlar yaxşı bilirlər ki, Azərbaycanın müharibə etmək imkanları hərbi-texniki, iqtisadi baxımdan daha genişdir. Yaxşı bilirlər ki, Dağlıq Qarabağ ərazisi çox da geniş deyil və orda miqyaslı döyüş əməliyyatları aparılmayacaq. Azərbaycanın son ildə əldə etdiyi silahlar da yalnız hücum xarakterlidir. Cəbhə böyü hərbi birləşmələrin artırılması, texnika parkının gücləndirilməsi, zabit  heyətinin sayının  artırılması, təlimlərin sayının artırılması və sair bu kimi amillərdən çıxış edərək, yaxşı bilirlər ki, bunlar hücuma hesblanmış addımlardır. Lakin buna baxmayaraq Paşinyan daxilə hesablanmış fikirlər səsləndirir. Bu da onlardan biridir. Hamı yaxşı bilir ki, Paşinyanın dedikləri populizmdən başqa bir şey deyil. Ona görə də Azərbaycan hakimiyyəti bu məsələnin üzərinə o qədər də ciddi şəkildə getmir və XİN-in sözçüsü səviyyəsində məsələyə münasibət bildirilir. Əlbəttə ki, Azərbaycan Paşinyanın cavabını döyüş meydanında verməlidir və bunun baş verəcəyi gün də çox da uzaqda deyil”.

 

R.Məmmədli noyabrın 17-də eməni jurnalistlərin Azərbaycana səfəri və bununla da guya “etimad mühitinin yaradılması ideyası”nın Azərbaycanın yürütdüyü siyasətlə uzlaşması məsələsinə də toxundu. Bildirdi ki, beynəxalq təşkilatların, jurnalist birliklərinin təşəbbüsü ilə hələ 1998-ci ildə və eləcə də 2000-ci ilin ortalarına qədər qarşılıqlı səfərlər olub. Lakin illərlə davam edən bu proses heç bir nəticə verməyib:

 

“Bəlli oldu ki, bu sadə insana təsir etmək üçün əsas deyil. Yəni, valideynlərini itirmiş bir xocalı sakini, həm də torpağını itirmiş bir Azərbaycan vətəndaşı üçün bu, əsas arqument ola bilməz. Həmçinin də  bu, döyüşdə, yaşadığı yerdə öz ailə üzvünü itirmiş bir erməni üçün də önəmli deyil. Ona görə də erməni jurnalistlərin Azərbaycana, Azərbaycanlı jurnalistlərin Ermənistana, hətta işğal altında olan torpaqlara edəcəkləri səfərlərin heç bir əhəmiyyəti yoxdur.  Bu turist səfərindən başqa bir şey deyil və qarşılıqlı etimadı yarada bilməz”.

 

 

“Rusiyanın verdiyi dəstək Paşinyanın sərsəm çıxışlarını daha da çoxaldıb”

 

Politoloq Ramiyə Məmmədova bildirib ki, Rusiya hər zaman olduğu kimi, bu gün də Ermənistanı dəstəkləyir. Onun fikrincə, Qarabağ müharibəsi Rusiyanın regiona vurduğu yamaqdır:

 

“Azərbaycan heç kimin torpağına göz dikməyib, kiminsə torpağını işğal etmək fikrində olmayıb. O zaman Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq üçün məsələ qaldıranda Rusiya Qarabağ məsələsini gündəmə gətidi və erməniləri istifadə edərək Azərbaycan torpaqlarını işğal etdilər. Lavrovun Ermənistanda sərgilədiyi fikirlər təbii ki, Rusiyanın mövqeyidir.  Eyni zamanda Lavrov özü bir tərəfdən də ermənipərəst bir nazir kimi də dəyərləndirilir. Çünki onun anası ermənidir və ermənilərə bir addım yaxındır.  Lavrov ermənipərəst olmasını bu dəfə konket öz çıxışlarında səsləndirdi. Yenə də bildirdi ki, Qarabağın öz əhalisi var və onlar münaqişə ilə bağlı müqəddəratı həll etməlidir. Hansı ki, Qarabağın oborogen əhalisi oradan qovulub və bu gün orada süni köçürülən və yaşayan erməilər var. Lavrovun bu çıxışı o sualı da doğurur ki, əgər Qarabağ və işğal olunan digər ərazilər Azərbaycan əraziləridirsə, burda hansı əhalinin öz müqəddəratını həll etməsindən söhbət gedə bilər”.

 

Politoloq R.Məmmədova bu gün Paşinyanın hər zaman sərsəm çıxışlar edərkən güvəndiyi gücə arxalandığını önə çəkib. Hakimiyyətə gələrkən daha çox qərbə güvəndiyini və sonradan Qərbin Qarabağ məsələsində Ermənistanı dəstəkləmədiyini görən Paşinyan əzəli sahibinə dönmək məcburiyyətində qaldı:

 

“Paşinyan siyasətini dəyişdi və özündən öncə olan hakimlərin siyasətini davam etdirərək, Rusiya tərəfinə keçdi. Paşinyan Ermənistanda ciddi bir siyasətçi sayılmır. Lakin Rusiyan verdiyi dəstəklə sərsəm çıxışlarını daha da çoxaltmağa başlayıb. Erməni hakimiyyəti verdiyi bəyanatlarla Qarabağı ayrıca bir dövlət kimi göstərməyə çalışırlar. Guya Ermənistan mühribəyə qarışmır və guya münaqişə orada yaşayan erməni əhalisi ilə həll olunmalıdır. Təbii ki, bu cəfəngiyyatdır. Bütün beynəlxalq aləm də bilir ki, müharibə iki dövlət arasında gedir. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində münaqişə başlayıb. Qarabağ torpağı Azərbaycan ərazisidir. Lakin bu gün Paşinyan orada ermənilərin yaşamasından istifadə edərək, dünyaya səs salır ki, Qarabağ Ermənistanındır”.

 

Politoloq hesab edir ki, Azərbaycan indiki dönəmdə qəti addımlar atmamalıdır:

 

“Aprel döyüşlərindən sonra gördülər ki, Azərbaycan istəsə torpaqlarını işğaldan azad edə bilər. Azərbaycanın gücü bəllidir, sadəcə o, indiki duruma uyğun olaraq hərəkət edir. Lakin Azərbaycan hərbi əməliyyatlara başlayarkən onun arxasında kimlərin durması məsələsi önəmlidir. Rusiya Ermənistan tərəfdədir, İran ermənipərəst mövqedədir. qalır Türkiyə, bu prosesdə onun da hansı addımı atacağı tam olaraq bilinmir. Ona görə də Azərbaycan da çalışır ki, addım-addım, sülh yolu ilə torpaqları işğaldan azad etsin. Bu da çox uzun prosesdir. Düşünürəm ki, torpaqların işğaldan azad olunması yenə də Azərbaycanın öz üzərinə düşür. Çünki başqa yolu yoxdur”.

 

P.Məmmədova da hesab edir ki, noyabrın 17-də erməni jurnalistlərin Azərbaycana səfərinin Qarabağ məsələsinə heç bir təsiri olmayacaq:

 

“Əksinə, Ermənistan özünə bir problem çıxaracaq. Erməni jurnalistlərin gəlib burdakı insanların yaşamını görəndən sonra, iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın görüntülərini aparıb Ermənistanda göstərmələri erməni əhalisi üçün böyük zərbə olacaq. Çünki erməni əhalisinin vəziyyəti iqtisadi baxımdan ürəkaçan deyil. Erməni jurnalistlərin gəlib burda çəkiliş aparması Paşinyanın da pafoslu çıxışlarına böyük zərbə ola bilər”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Milli Məclisin adı dəyişdiriləcəkmi?

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib