Parlament binası qarşısında aksiya başlayıb

15:23 17-11-2019 | icon 103 | Dünya
Parlament binası qarşısında aksiya başlayıb

Tbilisidə parlament binası qarşısında müxalifət mitinq keçirilir.

 

Versus.Az xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın çağırışı ilə Puşkin parkına toplanan minlərlə insan parlament binasının doğru yürüş edib.

 

Etiraz aksiyasına "Avropalı Gürcüstan",  "Vətənpərvərlər Alyansı" partiyalarının tərəfdarları da qoşulub.  Aksiyaçıların tələbləri isə dəyişməyib. Mitinqdə müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi tələb edilib. Mitinqə qoşulmaq üçün ölkənin rayonlarından da  yüzlərlə insanın avtobusla paytaxta gəldiyi bildirilib.

 

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub.  Ötən gecə parlament binası qarşısında böyük çadır qurulub və qərargah yaradıldığı elan edilib.

 

Etirazçılar tələbləri qəbul edilənədək mitinqləri davam etdirəcəklərini bəyan ediblər. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Lerikdəki uzunömürlülər - FOTO

Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur

Sabah yağış yağacaq