AXCP prezidentə müraciət etdi

13:46 18-11-2019 | icon 161 | Siyasət
AXCP prezidentə müraciət etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlayıb.

 

Bu barədə Versus.Az-a AXCP-nin Mətbuat Xidmətindən bildirilib. Müraciətdə deyilir:

 

Soyuqların başlaması ilə əlaqədar vətəndaşlar yenə soyuqdan əziyyət çəkməyə başlayıb. Bu hal hər il eyni şəkildə təkrar olunur və cəmiyyətdə ciddi etirazlar doğurur, insanlar narazı qalır və düşdüyü vəziyyətdən çıxış yolunu sosial şəbəkələrdə etirazını bildirməkdə və hakimiyyəti günahlandırmaqda görür. Azərbaycan xaricə neft, qaz satan ölkədir. Biz bununla fəxr edə bilərik. Amma təəssüflər olsun ki, edə bilmirik, xalq bununla fəxr etmir. Səbəbi isə çox sadədir. Azərbaycan xalqı qışda qaz, istilik problemi yaşayır, vətəndaş qışda soyuqdan xeyli əziyyət çəkir. Hər gün minlərlə vətəndaş həm mətbuatda, həm də sosial şəbəkələrdə qazdan şikayətlənir, qəzəblənir, od püskürür, hökumətə səslənir. Biz də partiya olaraq dəfələrlə hökuməti ciddi ölçülər götürməyə çağırmışıq. Lakin heç nə dəyişmədi və dəyişmir.

 

İş o yerə çatıb ki, AXCP sədri Razi Nurullayev dəfələrlə təbii qazın ölkə boyu, xüsusən həyət evləri və Bakı kəndlərində təzyiqinin çox aşağı olmasını deyib, baş nazirə belə müraciət edib. O vurğulayıb ki, qaz və istiliklə bağlı yaradılan problemlər ölkəni xaosa sürükləyir. Belə çıxır ki, bir gizli əl qəsdən ölkəni qarışdırmağa çalışır. Bu gizli əllərdən biri də “Azəriqaz”dır. “Azəriqaz” rəhbərliyi, elə bil ki, qəsdən əhalinin əsəbləri ilə oynayır. Həqiqətən biz burada kifayət qədər siyasi çalarlar görür və hakimiyyəti ciddi tədbirlər görməyə səsləyirik. “Azəriqaz” ölkəni xaosa, çaxnaşmaya sürükləyir. Hazırda ölkənin elə bir yeri yoxdur ki, orda qaz, istilik problemi yaşanmasın. Sosial şəbəkələr vətəndaş harayı, qəzəbi, şikayəti ilə dolub-daşır. Axı Azərbaycan güclü dövlətdir, enerji ehtiyatlarımız yetərincədir. Nəinki özümüzü, Avropanın xeyli hissəsini təmin etmək gücündədir. Belə bir halda nəyə görə vətəndaş evində donsun, niyə görə kiçik sahibkarların istixanalarda çəkdiyi zəhmət hədər getsin və aidiyyatı qurumlar da ağızdolusu qaz təminatının yüksək olduğundan və xarici ölkələr qaz satdıqlarından fəxrlə danışsınlar?

 

Məhz bunun üçün, bu problemin qarşısını almaq, vətəndaşın probleminə, əziyyətinə son qoymaq, eyni zamanda vətəndaşla hökumət arasında uçurumun dərinləşməsini önləmək və vəziyyəti bu yerə gətirib çıxaran səbəbləri aşkar etmək üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkə prezidentinin yanında bu problemlərə həsr edilmiş müşavirənin keçirilməsini, xüsusi komissiyanın yaradılmasını və günahkarların müşavirə otağında xalqın gözü qarşısında ciddi şəkildə cəzalandırılmasını təklif edir. Enerji Nazirliyi yanında yaradılan Komissiyanın işini qənaətəbəxş hesab etmir və onların hesabatlılığını görmədiyimizi bəyan edirik.

 

Həmçinin təklif edirik ki, "AzərİstilikTəchizat" ASC-i yenidən qurulsun və rentabelli bir idarəyə çevrilsin. Çünki, dövlətin onlara ayırdığı subsidiyalar mənasız xərclərə çevrilməkdədir. Ölkədə istilik sistemini bərpa etmək və normal səviyyəyə qaldırmaq üçün ortada beynəlxalq təcrübə var və Amerika kəşf etməyə də ehtiyac yoxdur. Ya dövlət bütün xərcləri üzərinə götürərək istilik sistemləri yaradır, ya da "AzərİstilikTəchizat" ASC-ni sərmayəçilərə maraqlı olacaq dərəcəyə qədər rentabelli halına gətirərək özəlləşdirməyə çıxarır.

 

Sonda qeyd etmək istəyirik ki, obyektiv araşdırma aparılarsa, bu sahələrdə çox ciddi korrupsiya faktları aşkara çıxa bilər. Azərbaycan xalqı ən azı qazsızlıqdan, istiliyin olmamasından əziyyət çəkməməlidir. Xaricə qaz satan ölkənin vətəndaşı qışda balasını soyuqdan, donmaqdan necə qorumaq barədə baş sındırmamalıdır, bunun üçün qayğılanmamalıdır, dərd çəkməməlidir. Hökuməti bu absurdluğa son qoymağa səsləyirik!

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Milli Məclisin adı dəyişdiriləcəkmi?

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib