Məktəblilər "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında

14:21 18-11-2019 | icon 380 | Təhsil
Məktəblilər "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən Səbail rayonunun 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola salınıb.

 

Versus.Az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş yola salınma mərasimində RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, məktəblilər, valideynlər və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin sədaları altında başlanıb.

 

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vugar Zeynalov bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, ölkə başçısı İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

 

Tədbirdə valideyinlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların həmiyyətindən danışıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Tədbirin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilib.

 

Qeyd edək ki, tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.

 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI