Daha beş komanda AVRO-2020-yə vəsiqə qazanıb

14:27 18-11-2019 | icon 298 | İdman
Daha beş komanda AVRO-2020-yə vəsiqə qazanıb

AVRO-2020-nin seçmə mərhələsində şənbə və bazar günü keçirilən qarşılaşmalarla daha beş komanda dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatının finallarına vəsiqə qazanıb.

 

Versus.Az xəbər verir ki, şənbə günü keçirilən qarşılaşmalardan sonra Almaniya, Hollandiya, Xorvatiya və Avstriya milliləri dörd ildən bir keçirilən qitənin ən ali yığma komanda turnirində iştirak etmək hüququ əldə edib.

 

Dünən isə Portuqaliya Lüksemburq səfərindən 2:0 qalib ayrılmaqla Ukraynanın ardından B qrupunun ikincisi kimi bu şansa nail olub.

 

Xatırladaq ki, daha öncə İngiltərə, Çexiya, Ukrayna, İspaniya, İsveç, Polşa, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya bu hüquqa yiyələnmişdi. Beləliklə, AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 17-yə çatıb. 

 

Bu gün D qrupunda daha iki iştirakçının adına aydınlıq gələcək. Bunlardan birinin xalsız olan autsayder Cəbəlüttariqlə görüşən İsveçrənin olacağı ehtimal edilir. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq İrlandiya – Danimarka oyununun qalibi ikinci iştirakçını müəyyənləşdirəcək. Danimarkalılara heç-heçə də sərf edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı