BSU-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

17:38 18-11-2019 | icon 389 | Təhsil
BSU-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Noyabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə BSU-nun Mətbuat xidmətindən bildirilib.

 

Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi sübut edir ki, baş verə biləcək münaqişələrin qarşısının alınması və baş vermiş münaqişələrin dinc yolla həll olunmasında diplomatların xüsusi yeri var. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin sozləri ilə desək, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir". Böyük çətinliklərlə əldə etdiyimiz dövlət müstəqilliyinin möhkəmləndirilməsində və qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin regionun lider dövlətinə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna rolu var. Cənab İlham Əliyev xalqımızın böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunu layiqincə davam etdirərək yeni–yeni nailiyyətlərə imza atdı. Bu gün Azərbaycan nəinki regionun lider dövlətinə, eyni zamanda ABŞ, Rusiya, Türkiyə, İran kimi böyük dövlətlərin, eləcə də Avropa İttifaqının dialoq mərkəzinə çevrilib. Həm dövlət başçıları, həm də siyasi və hərbi təşkilatların rəhbərləri bir çox görüşlərini Bakıda keçirirlər. Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Böyük münaqişələrin yaşandığı regionda Azərbaycanın inamla ictimai-siyasi sabitliyi, əmin-amanlığı qoruyub saxlaması, sülhün carçısı olması, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur. Qeyd edək ki, BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransa hazırlıq işləri artıq tam başa çatıb.

 

Konfransın işiAzərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi–Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələri üzrə aparılacaq.

 

Məlumat üçün bildirək ki, konfransa 300-dən çox tezis daxil olub. Tezislər Təşkilat Komitəsi tərəfindən araşdırılıb və 208 tezis qəbul olunub. Bu tezislərdən 27-si doktorantura səviyyəsinə, 23-ü magistratura səviyyəsinə, 158-i isə bakalavriat səviyyəsinə aiddir. Bir çox xarici ölkələrdən-Çexiya Respublikasından, Rusiya Federasiyasından, Türkmənistan Respublikasından, Qambia Respublikasıdan, Çin Xalq Respublikasıdan və digər ölkələrdən doktorant, magistrant və bakalavrların tezisləri qəbul olunub. Ümumilikdə 25 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məruzəçilərin tezisləri qəbul olunub.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI