Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə - FOTO/VİDEO

06:50 19-11-2019 | icon 317 | Mədəniyyət
Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə - FOTO/VİDEO

“Nəsimi ili” çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin klip təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, tədbir Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə Əməkdar artist “Sığmazam” qəzəlinə çəkilmiş klipin ərsəyə gəlmə səbəblərini açıqlayıb:

 

“Bu qəzəli oxumağı özümə mənəvi borc bildim. Layihəni reallaşdıra bildiyim üçün çox şadam. Hesab edirəm ki, bu qəzəl və kliplə “Nəsimi ili”nə öz töhfəmi verə bildim. Bu layihənin həyata keçməsində mənə dəstək olan şəxslərə təşəkkür edirəm. Minnətdaram”.

 

Qeyd edək ki, Əməkdar artist Fərqanə Qasımova müsahibəsində ilin sonuna kimi Nəsiminin “Sığmazam” qəzəlinə çəkilən klipin təqdim olunacağını açıqlamışdı:

 

“Mahnını dinlədim, xoşuma gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm”.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI