Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb

08:51 19-11-2019 | icon 821 | Mədəniyyət
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb

2019-cu ilin 17 noyabr tarixində VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının direktoru Mixail Piotrovski arasında görüş keçirilib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, görüş zamanı Sevda Məmmədəliyeva Dövlət Ermitajının baş gərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumunun əsas tədbirlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu qeyd etmiş, ölkələrimiz arasında çoxşaxəli mədəni əlaqələrin son zamanlarda dərinləşməsinin hər iki ölkənin muzeyləri arasında sıx əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsi və mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsinə müsbət təsir edəcəyindən əminliyini ifadə etmişdir.

 

Sevda Məmmədəliyeva 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirak edəcəyini vurğulayaraq, növbəti il üçün rəngarəng tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirilməsində Dövlət Ermitajı ilə əməkdaşlığın töhfə verəcəyini və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacığını bildirmişdir.

 

Dövlət Ermitajının direktoru öz növbəsində nazir müavinini salamlayaraq bu görüşdən məmnunluğunu ifadə etmiş, ortaq mənəvi dəyərlərə malik Azərbaycan və Rusiya arasında qarşılıqlı mədəni əlaqələrin gücləndiyini vurğulamışdır.

 

M.Piotrovski 2017-ci ildə Bakı şəhərində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını qeyd etmiş və səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirmişdir. O, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək niyyətində olduğunu və Azərbaycanın 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həyata keçirəcəyi layihələrlə bağlı dəstək verilməsinə hazır olduğunu qeyd etmişdir.

 

Görüş ikitərəfli münasibətlər zəminində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizə aid tədbirlər planı ətrafında müzakirələrlə davam etmişdir.

 

Həmin günün sonunda Sevda Məmmədəliyavanın rəhbərliyi altında nümayəndə heyəti “Şəxsi muzeylər” mövzusuna həsr olunmuş diskussiya panelində iştirak etmişdir. Diskussiya panelinin əsas spikerləri arasında Suad Qarayeva-Maleki “Yarat” Müasir İncəsənət Məkanına aid geniş təqdimat keçirmiş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür