Dostluq konserti keçiriləcək

11:54 18-04-2018 | icon 647 | Mədəniyyət
Dostluq konserti keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın səfirliyinin dəstəyi ilə Daşkənddəki respublika sarayı – Türküstanda may ayının 17-də möhtəşəm dostluq konserti keçiriləcək.

 

Versus.az xəbər verir ki, konsert proqramında Özbəkistanın dünya şöhrətli orkestrı – gənclərdən ibarət simfonik orkestr, dirijor - Özbəkistanın əməkdar artisti Kamoləddin Urunbayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” beynəlxalq musiqi festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış edəcəklər.

 

Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaq. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Sarı gəlin”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunacaqdır. Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri – Nəsibə Abdullayeva, Masuma Boltabaeva, Erkin Ramazanovun da orkestr ilə ifaları nəzərdə tutulub.

 

Dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, ictiamiyyət nümayəndələri, səfirlər, diplomatlar, jurnalistlər, yerli azərbaycanlıların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, konsert proqramı ifa edildikcə arxa fonda quraşdırılmış böyük ekranlarda yüz il öncə yaradılmış respublika, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanlarına dair videomateriallar nümayiş etdiriləcək, Türküstan sarayının geniş giriş foyesində “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası – 100” adlı sərgi iştirakçılara təqdim ediləcək.

 

Sərgidə Azərbaycan mədəniyyət mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulacaq, milli geyimli rəqs qruplarının çıxışları planlaşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı