“UNEC-də 1 gün” layihəsinə yenidən start verildi

14:13 19-11-2019 | icon 416 | Təhsil
“UNEC-də 1 gün” layihəsinə yenidən start verildi

“UNEC-də 1 gün” layihəsi abituriyentlərə dəstək olmağa davam edir.

 

Yeni tədris ilinin ilk iştirakçıları Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbin X-XI sinif şagirdləri olub. Şagirdlərə bir günlük tələbə biletləri təqdim edildikdən sonra onlar istəklərinə uyğun olaraq “marketinq”, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) isə “İngilis dili” dərsini dinləyiblər.

 

Dərslərdən xoş təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar. II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, yeməkxana və akt zalları ilə tanış olublar.

 

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43, 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür