“Azərbaycanın moda yaradıcıları” foto layihəsi nə ilə yadda qaldı?

14:17 19-11-2019 | icon 337 | Mədəniyyət
“Azərbaycanın moda yaradıcıları” foto layihəsi nə ilə yadda qaldı?

15, 16 və 17 noyabrda Bakıda Baku Fashion Expo moda layihəsinin ikinci mövsümü keçirildi. Tədbir hər il moda, dizayn və gözəlliyə biganə olmayan yaradıcı insanların ozünüifadə platfotmasina xidmət edir.

 

Bu il layihə əsasən istedadlı fotoqraf Pənah Mehtinin “Azərbaycan modasının yaradıcıları” adlı sərgisi ilə yadda qaldı. Müvəqqəti ekspozisiya eksklyuziv olaraq Baku Business Center zalında təqdim edildi. Öz fotoişlərində Pənah moda nümunələrinin yaradıcı prosesini – ideya və eskizlərin yaranmasından tutmuş onların həyata keçirilməsinə qədər olan prosesi əks etdirdi.

 

Tədbir qonaqları üçün modanın kulisarxası ilə tanış olmağa, şou-rumları ziyarət etmək və bəyəndikləri libasları elə podiumdan əldə etmək imkanı yaradıldı. Moda sahəsinin öndəgedən professionalları bütün istəyənlərə pulsuz master-klass keçirdilər. Proqramın yekunu olaraq moda haqqındakı filmə baxış keçirildi.

 

Tədbirin təşkilatçısı qismində Lenovo şirkətinin dəstəyi ilə Azərbaycan Moda Dizaynerlərinin Assosiasiyası çıxış elədi. Kompaniya iştirakçılara rəngarəng fotozonu nümayiş etdirdi və ondan geri qalmayan parlaq Yoga xəttini – yaradıcı peşə insanlarına ideal uyğun gələn noutbuk Lenovo Yoga 530 və planşet Yoga Book.

 

Oxşar adlarına baxmayaraq hər məhsul fərqli xüsusiyyətlərə malikdi.

 

Lenovo Yoga 530 – yığcam və məhsuldar 14 dyumluq noutbuk. 1,6 kq çəkisi və 17,6 mm qalınlığı olan bu cihaz gündəlik və iş məsələlərini həll etməyə uyğun olan İntel Core i7 güclü prosessoru özlüyündə sığışdırır. Aliminium rəngli korpus noutbuk rejiminden planşet rejiminə keçməyə şərait yaradan 360 dərəcə dönə bilən döngələrlə təchiz olunmuşdur. Istifadəçilər istədikləri yerde və istədikləri zaman bu noutbukdan istifadə edə bilərlər: cihaz doldurulmadan 10 saata qədər işləyə bilər, 15 dəqiqəlik qısa fasilə isə onun iş saatını daha 2 saat uzada bilir.

 

Planşet Yoga Book E-İnk texnologiyasının dəstəyi və eyni vaxtda bir neçə məsələni həll etməyə şərait yaradan iki inteqrasiya olunmuş ekranı ilə fərqlənir. Bir düyməylə planşet qeydiyyat kitabçasından Halo sensor klavişaya və ya kitab oxuma cihazına çevrilir. Yanaşı yerləşən ekranlar istifadəçilərə yaradıcı ideyalarını gerçəkləşdirmək və əmək mahsuldarlığını yüksəltməyə kömək edir: videoya baxarkən qeydlər etmək, paralel olaraq bir neçə proqramla işləməyə və ya fikirlərini əsas ekrana köçürməyə komək edir. Create Pad paneli rəssam və dizaynerlərə şəkillərin və eskizlərin artıq yaranma prosesində baxmaga imkan yaradır.

 

Bundan başqa Yoga 530 və Yoga Book Lenovo Active Pen və Real Pen yüksəkdəqiq stilus qələmlərini dəstəkləyir, onların köməyi ilə kağızda olduğu qədər asan qeydlər edə bilər və ya öz fikirlərinizi yaza bilərsiz.

 

Baku Fashion Expo Midseason 2019 Azərbaycanın moda dizaynı sahəsində qabacıl ölkəyə çevirmək istəyən ölkənin bütün yeni başlayan və təcrübəli dizaynerlərini bir araya cəmlədi. Lenovo kompaniyası dizayn-sənayesinin inkişafını dəstəkləyir və ən cəsur və kreativ fikirləri gerçəkləşdirə biləcək cihazları yaratmaq üçün səy göstərir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi