Cəfər Cabbarlı həftəsi keçiriləcək

15:08 19-11-2019 | icon 64 | Mədəniyyət
Cəfər Cabbarlı həftəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti 17 dekabr 2018-ci il tarixində "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Versus.Az-ın məlumatına görə, sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı Həftəsi" keçiriləcək.

 

Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb və həmin tamaşaların "Cəfər Cabbarlı həftəsi" çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulub.

 

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

 

23-30 noyabr 2019-cu il tarixində həftə çərçivəsində nümayiş olunacaq tamaşalar:

 

23 NOYABR

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

C.Cabbarlı “Aydın”

(Akademik Rus Dram Teatrısaat 19:00)

25 NOYABR

Gəncə Dövlət Dram Teatrı

C.Cabbarlı “Dönüş”

(Gənc Tamaşaçılar Teatrı, saat 19:00)

26 NOYABR

Sumqayıt Dövlət Dram Teatrı

C.Cabbarlı “Solğun çiçəklər”

(Akademik Musiqili Teatr, saat 19:00)

27 NOYABR

Lənkəran Dövlət Dram Teatrı

C.Cabbarlı “Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

28 NOYABR

Şəki Dövlət Dram Teatrı

C.Cabbarlı “Sevil”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

29 NOYABR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

C.Cabbarlı “Oqtay Eloğlu”

(Gənc Tamaşaçılar Teatrı, saat 19:00)

30 NOYABR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

C.Cabbarlı “Yaşar”

(Akademik Milli Dram Teatrısaat 19:00)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI