Cəmil Həsənli: “Ölkənin real müxalifəti eyni mövqedən çıxış edib” - MÜSAHİBƏ

12:58 18-04-2018 | icon 929 | Siyasət
Cəmil Həsənli: “Ölkənin real müxalifəti eyni mövqedən çıxış edib” - MÜSAHİBƏ

 

“Sərdar Cəlaloğlu da daxil olmaqla namizədlərin heç...”

 

Milli Şuranın sədri Cəmil Həsənlinin Versus.Az-a müsahibəsi

 

- Cəmil müəllim, seçkidən sonra keçirilən mitinq sizin demokratik cəmiyyətin qurulması ilə bağlı tələblərinizi nə dərəcədə yerinə yetirə bildi və bu prosesdə digər müxalifət partiyaları nə dərəcədə aktivlik nümayiş etdirdilər?

 

- Sonuncu mitinq növbədənkənar seçkilərlə bağlı başlanmış prosesin davamı idi. O, saxta seçkilərə qarşı bir etiraz mitinqi idi. Milli Şura bu mitinqi Müsavat Partiyası ilə birgə keçirirdi. Həmin mitinqdə də Azərbaycanda keçirilmiş seçkilərin saxta olduğu, xalqın rəyini ifadə etmədiyi və vətəndaşların öz mövqelərini azad ifadə edə bilmədiyi nümayiş olundu.

 

Müxalifətin aktivliyinə gəlincə, mitinqi Milli Şura, AXCP və Müsavat Partiyası keçirirdi. Düzünü desək, digər müxalifət partiyaları ilə bağlı dəqiq söz deyə bilmərəm. Bunu bilirəm ki, digər partiyaların sıravi üzvlərindən də iştirak edənlər var idi. Amma daha çox, partiya üzvü olmayan adamlar var idi.

 

“Namizədlər, oyuncaq namizədlər olublar”

 

- Cəmil müəllim, iqtidarı demirəm, elə müxalifət düşərgəsində əksəriyyət bu mitinqi gərəksiz hesab edir. Belə qeyd olunur ki, mitinq sosial sifarişdən çox, Milli Şuranın sifarişi olduğu üçün heç bir mənası, nəticəsi ola bilməz.

 

- Biz bunun əksini düşünürük. Biz hesab edirik ki, Azərbaycanda xalqın seçki hüququnun mənimsənilməsi kimi cinayət baş verib. Bu cinayətə etiraz etmək lazımdır. Seçkinin mənimsənilməsini beynəlxalq təşkilatlar da təsdiq edirdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında göstərilir ki, azad seçki mühiti olmayıb, insanlar öz iradəsini azad şəkildə ifadə edə bilməyib. Namizədlər oyuncaq namizədlər olublar. Heç bir rəqabət mühiti hiss olunmayıb. O cümlədən Sərdar Cəlaloğlu da daxil olmaqla, bu seçkidə iştirak edən namizədlər İlham Əliyevin seçki “proyektinin” tərkib hissəsi olublar. Belə bir şəraitdə buna səssiz qalmaq bir qədər hakimiyyətin seçki saxtakarlığı ilə barışmaq siyasətidir. Milli Şura buna öz etirazını bildirmişdi və xalq seçkini boykot etmişdi. Seçkiyə gedənlərin aktivlik faizi 10 faiz ətrafında idi. Bu seçki xalqın iradəsini ifdə etmədiyinə görə, biz buna etirazımızı bildirdik.

 

- Sərdar Cəlaloğlu “onsuz da İlham Əliyev seçiləcək, niyə seçkiyə qatılırsan” - deyə, onu qınayanlara “onsuz da sizin 3-5 minlik mitinqin heç bir nəticəsi olmayacaq, niyə mitinq keçirirsiz” sualı ilə adekvat cavab verib. O, sizdən fərqli olaraq seçkinin verdiyi imkanlardan istifadə edərək problemləri tam çılpaqlığı ilə ortaya qoyduğunu əsas gətirib.

 

- Mən onun fikrini şərh etmək istəmirəm. O, öz fəliyyətində azaddır, necə istəyir elə də hərəkət eləsin. Amma Sərdar Cəlaloğlu da daxil olmaqla, o namizədlərin heç biri müstəqil şəkildə seçkidə iştirak etməyiblər.

 

- Belə fikirlər də səslənir ki, Milli Şura məhz Azərbaycanda demokratiyanın olmasını ATƏT-ə göstərmək üçün meydana çıxmışdı.

 

- Yaxşı, beynəlxalq təşkilatlar, ATƏT seçkilərlə bağlı rəylər verdi. Orda harda deyilib ki, bu mitinqlər demokratiyanın göstəricisidir. Əksinə, qeyd etdilər ki, Azərbaycanda seçki dövründə insanların azad şəkildə sərbəst toplanma hüququ təsbit edilməyib.

 

“Hansı körpünün yandırılmasından söz gedə bilər?..”

 

- Belə fikirlər də var ki, Milli Şura müxalifətdə “körpüləri” getdikcə daha çox “yandırır”.

 

- Tamamilə yanlış yanaşmadır, biz heç bir körpü yandrmırıq. Əsas müxalifət partiyaları olan AXC, Müsavat, Real partiyaları seçkiləri boykot etmək məsələsində Milli Şura ilə eyni mövqedən çıxış ediblər. Bu körpüləri yandırmaq deməkdir? Əgər siz ƏL MÜXALİFƏTİ nəzərdə tutursunuzsa, bu başqa məsələ. Ölkənin real müxalifəti eyni mövqedən çıxış edib və seçkilərin qeyri-legitimliyi barədə bəyanat verərək seçkiləri boykot edib. Təbii şəkildə müxalifətin mövqe birliyi yaranıb.  Burda hansı körpünün yandırılmasından söz gedə bilər, özlərindən söz çıxarmasınlar.

 

- Normal olaraq, onlar da belə deyə bilərlər ki, siz boykot etdiniz, biz də müstəqil siyasət yeridib seçkiyə qatıldıq, o zaman niyə bizi “əl müxalifəti” adlandırmalısınız?

 

- Qoy onlar desinlər. Siz jurnalist olaraq bunu mənimlə mübahisəyə çıxarmayın.

 

- Bu mübahisə üçün deyildi, mövcud situasiyaya əsasən yaranan suallardır və sizcə, həmin mitinqdə jurnalistlər niyə təhqir olundu?

 

- ...

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin