"İnsanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun"

15:31 19-11-2019 | icon 49 | Siyasət
"İnsanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun"

İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmə qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

 

O bildirib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər ki, bu da nəticədə müəyyən narazılıqlara səbəb olur.

 

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxunub:

“Gəlin, bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunları alqışlamaq və səs vermək lazımdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI