"Xəyanətə görə öldürdüm"

15:55 19-11-2019 | icon 67 | Hadisə
"Xəyanətə görə öldürdüm"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Versus.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, qətlə yetirdiyi qadınla rəsmi nikahda olmasa da, dini kəbinləri olub və 2009-cu ildən birlikdə yaşyıblar. F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. Onun sözlərinə görə, arvadının başqa şəxslə münasibəti olduğunu öyrənib və bu barədə qadının qardaşına deyib. Qardaşı isə özü bacısını cəzalandıracağını deyib. Bundan sonra tərəflər ayrı yaşayıb.

 

Hadisə barədə danışan təqsirləndirilən bildirib ki, hadisə günü arvadını öldürmək niyyəti olmayıb:

"Həmin gün Xavər işlədiyi xəstəxanaya həkimə getmişdim. Həkim orada olmadığına görə, qayıtmaq istəyəndə Xavər məni arxadan çağırdı. Aramızda söhbət zamanı o günahını etiraf etdi. Bundan sonrasını, onu bıçaqla necə vurmağımı xatırlamıram".

 

Hakim bildirib ki, onun istintaqa ifadəsi ilə dedikləri ziddiyyət yaradır. Belə ki, istintaq ifadəsində qadının saçından tutaraq otluğa uzatması və boynunu kəsməsi barədə deyib.

 

Təqsirləndirilən isə hadisəni dəqiq xatırlamadığını vurğulayıb.

 

Proses noyabrın 26-da davam edəcək.

 

İttihama görə, bu il iyunun 10-da 1978-ci il təvəllüdlü İbrahimova Xavər Arif qızı işlədiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həyətində dini nikahlı əri 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu tərəfindən bıçaqla qətlə yetirilib.

 

Faiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI