Novruz Məmmədov prorektor oldu

16:07 19-11-2019 | icon 90 | Siyasət
Novruz Məmmədov prorektor oldu

Keçmiş Baş nazir Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.

 

Versus.Az xəbər verir ki, N.Məmmədov Azərbaycan Dillər Universitetinə (ADU) elmi işlər üzrə prorektoru təyin edilib.

 

1964-cü ildə orta təhsilini başa vuran N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən N.Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

 

1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI