Deputat müəllimlərin mənzil problemindən danışdı

21:34 19-11-2019 | icon 368 | Siyasət
Deputat müəllimlərin mənzil problemindən danışdı

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin komitə iclaslarında 2020-ci il büdcə layihəsinin 2-ci oxunuşu müzakirələrində çıxış edib və cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində bəzi qurumlara müraciət edib.

 

 Versus.Az-ın məlumatına görə, məktəblərdə ciddi narahatlıq doğuran problemlərdən biri olan kişi müəllimlərin sayının getdikcə azalması məsələsini vurğulayan Q.Paşayeva bunun əsas səbəblərindən biri kimi maddi sosial səbəblərin olduğunu deyib və müvafiq qurumları orta məktəb müəllimlərinin güzəştli ipoteka şərtlərindən yararlanması üçün müəyyən tədbirlər görməyə səsləyib. "Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir" deyən millət vəkili orta məktəb müəllimlərinin də güzəştli ipotekadan yararlanan qrupa aid edilməsi təklifini təkrar səsləndirib və bu məsələyə qısa zamanda baxılmasını hökümət qurumlarından xahiş edib:

 

Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də müvafiq qurumların  qısa zamanda bu məsələyə baxmasını, müsbət həll olunmasını xahiş edir və buna çağırırıq. Mən 100-lərlə müəllimin xahişini buradan səsləndirərək bu məsələyə qısa zamanda baxılacağına ümid edirəm.”

 

Bundan başqa, Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb. O deyib:

 

Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna kəndlərdə çox insanın maddi gücü çatmır.”

 

Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsinin kəndlərdə xeyli sayda insanlarımızın problemi olduğunu, onların bu vəziyyətdən narazılıq etdiyini deyən millət vəkili bu məsələyə qısa zamanda baxılmasını və boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edib, müvafiq qurumları Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərməyə çağırıb.

 

Sumqayıt şəhərindən, Masazır, Saray və Abşeronun bəzi kəndlərindən  Bakıya gələn əsas yolda səhər və axşam saatlarında yaranan dəhşətli tıxaclar problemi barədə də danışan millət vəkili Q.Paşayeva bu problemin həll olunması üçün müvafiq qurumlara çağırış edib.

Q.Paşayeva hər gün 100-lərlə tələbənin Sumqayıtdan və Abşeronun bəzi kəndlərindən bu yolla dərsə gəldiyini, 100-lərlə insanın işə gəldiyi və qayıtdığını deyib, və səhər və axşam saatlarında bu yolda yaranan dəhşətli tıxacların qısa zamanda aradan qaldırılması üçün addımları atılmasının vacibliyini vurğulayıb. Bəzən səhər və axşam saatlarında təcili yardım maaşınlarının belə yarım saata yaxın bu tıxaclardan çıxa bilmədiyini deyən Q.Paşayeva Sumqayıt şəhərindən Masazır, Saray, və Abşeronun bir sıra kəndlərindən avtovağzal, 20 yanvar istiqamətinə gələn əsas yoldakı bu vəziyyətin aradan qaldırılması istiqamətində minlərlə insanın xahişini müvafiq qurumlara çatdırıb və qısa zamanda tədbirlər görməyə səsləyib.

 

Q.Paşayeva həmçinin Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasına çağırıb. O deyib ki, təmir bərpa işlərinin yarımçıq qalması görülmüş işlərə də ciddi ziyan vurur və təcili şəkildə Abulbəyli kənd Mədəniyyət Mərkəzinin təmirinin başa çatdırılmasına ciddi ehtiyac var. Millət vəkili müvafiq qurumları bu məsələyə diqqətlə yanaşmağa və problemin qısa zamanda həll edilməsinə çağırıb.

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin