"Çox zaman bu zorakılıq gözlə görünmür"

12:49 21-11-2019 | icon 407 | Cəmiyyət
"Çox zaman bu zorakılıq gözlə görünmür"

BMT-nin hesablamalarına görə, qadınlara qarşı zorakılığın baş verməsi Azərbaycan üçün hər il iqtisadi baxımdan 3,3 milyard manat itkinin olması deməkdir və bu, qaytarılmayan itkilərdir.

 

Versus.Az xəbər verir ki, bunu YUNISEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın 1992-ci ildən uşaq hüquqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər ölkənin gənc vətəndaşlarla bağlı üzərinə götürdüyü öhdəliyin bir təzahürüdür:

"Amma təəssüflər olsun ki, qadınlara və uşaqlara qarşı zorakılığın davam etməsi hələ də uşaq hüquqlarının qorunması üçün bir təhlükədir. Çox zaman da bu zorakılıq gözlə görünmür. Evlərdə, məktəblərdə, qapalı məkanlarda uşaqlara qarşı zorakılıq baş verir. Təəssüf ki, elə Azərbaycanda da uşaqlar zorakılıqdan əziyyət çəkirlər və belə hallar var".

 

E.Karvardin qeyd edib ki, 2018-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu tərəfindən aparılan tədqiqatlara görə, təqribən hər 3 qadından biri öz həyatları boyunca fiziki zorakılıq halları ilə üzləşib. Eyni zamanda, sosial mediada da qadınlara və uşaqlara qarşı zorakılıq hallarının baş verməsi haqqında məlumatlar verilir:

"Bu zorakılıq halları onların sonrakı həyatlarına da öz təsirini göstərir. Bu gün bizim buna qarşı mübarizə aparmaq imkanımız var. Avropa Şurasının "Qadınlara qarşı məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyasının qəbulu zorakılığın qarşısının alınması üçün növbəti addım olacaq. Artıq bu məsələ Azərbaycanda gündəmdədir və bununla bağlı təşəbbüs irəli sürülüb. Azərbaycanda zorakılığın qarşısının alınması üçün çox ciddi işlər görülüb, "Kids save" kimi yeni onlayn təhlükəsizlik mexanizmləri təqdim olunur. Ümid edirəm ki, bu işlər davam etdiriləcək, təmsil etdiyim təşkilat bu işlərə dəstək göstərməyə hazırdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI