Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

18:07 18-04-2018 | icon 220 | KİV
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

 

Mətbuat Şurasından Versus.az-a verilən məlumata görə, şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

Ə.Amaşov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə Prezident andı içərək ölkə başçısı kimi fəaliyyətə başlayıb. Bu münasibətlə o, Şuranın İdarə Heyətinin üzvləri adından İlham Əliyevi təbrik edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

 

Ə.Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayının qərarı ilə Şuranın tərkibinin genişləndirildiyini vurğulayıb:

"“Hazırda İdarə Heyəti 23-ü əsas, 6-ı ehtiyat olmaqla 29 nəfərdən ibarətdir. Əminəm ki, Şuranın yeni tərkibi də məhsuldar işləyəcək. Qurumun İdarə Heyətinin hər bir üzvünə uğurlar arzulayıram”.

 

İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.

Bundan sonra Şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.

İclasda MŞ-nin komissiyalarının sədrlərinin və tərkibinin müəyyənləşdirilməsi də həyata keçirilib. Məlumat verilib ki, qurumun İdarə Heyətinin üzvləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyanın işində iştirak edirlər. Nizamnaməyə görə, komissiyaya sədrliyi də Şura sədrinin müavinləri növbəlilik əsasında həyata keçirirlər. Tərkib 2 ildən bir yenilənir. Müzakirələrdən sonra Müşfiq Ələsgərli sədr olmaqla növbəti iki il müddətinə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib.

 

Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının, İH üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət Beynəlxalq əlaqələr Komissiyasının, İH üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, İH üzvü, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Dil Komissiyasının, İH üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı İnternet medianın inkişafı üzrə Komissiyanın sədrləri seçiliblər. Həmçinin komissiyaların, Şuranın “Apellyasiya qrupu”nun tərkibi təsdiqlənib.

İclasda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində İşçi qrupunun fəaliyyəti məsələsinə baxılıb. MŞ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə qrupun rəhbəri seçilib.

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni sədri də təqdim olunub. Nizamnaməyə əsasən NTK-ya qurultay tərəfindən seçilmiş üç şəxs arasından NTK-nın sədri seçilir. Bu vəzifəyə “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun seçilməsi təsdiqlənib.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Dövlətimizin yanında olmalıyıq"

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

Gəncədə qeyri-qanuni aksiya

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Gəncədə qeyri-qanuni aksiya ilə bağlı açıqlama