"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

17:30 22-11-2019 | icon 391 | Siyasət
"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Bələdiyyələr onlar üçün yaradılan imkanların heç 50 faizindən istifadə etmir. Əgər bu imkanlardan 100 faiz yox, hələ 90 faiz istifadə olunsaydı, görün hansı səviyyədə işlər görülə bilərdi.

 

Versus.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bələdiyyələrin problemi təkcə onların səlahiyyətləri ilə bağlı deyil.

"Bələdiyyələrin səlahiyyətləri kifayət qədər genişdir. Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur. Ancaq elə bələdiyyələrimiz də var ki, bu resurslardan yaxşı istifadə edir".

 

F.Məmmədov əlavə edib ki, Azərbaycanın bütün şəhər və qəsəbələrinin sosial problemlərinin həllində bələdiyyələrin çox fəal iştirakı var. Hər il onlar bu iş üçün külli miqdarda vəsait sərf edirlər:

"Problem sadəcə ondan ibarətdir ki, bələdiyyələrin gördüyü işlər təbliğ olunmur. Ona görə də cəmiyyətdə elə təsəvvür yaranır ki, bələdiyyələr heç bir iş görmür".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı