Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya səfəri nələri diqtə edir?

13:10 23-11-2019 | icon 497 | Siyasət
Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya səfəri nələri diqtə edir?

Əlabbas Məhərrəmli: "Mehriban Əliyevanın Moskva səfərinin Azərbaycandakı kadr dəyişikliklərindən sonraya təsadüf etməsi bu səfərin əhəmiyyətini artırır"

 

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaqla bərabər, özlüyündə çox mühüm siyasi mahiyyət daşıyan hadisədir. Eyni zamanda, səhv etmirəmsə, bu, Mehriban Əliyevanın Birinci vitse-prezident statusunda hər hansı xarici ölkəyə ilk rəsmi səfəridir".

 

Bunu Versus.Az-a açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəml bildirib.

 

Mehriban Əliyevanın Birinci vitse-prezident statusunda ilk rəsmi səfərinin Rusiya olmasının səbəbsiz olmadığını vurğulayan ekspert bildirdi ki, Şimal qonşumuz regionun əsas dövləti olmaqla yanaşı, qlobal siyasətin əsas oyunçularından biri, həmçinin Qarabağ münaqişəsinin “həll açarı”nı özündə saxlayan dövlətdir:

 

"O baxımdan Rusiya ilə münasibətlərin normal vəziyyətdə saxlanılması və inkişaf etdirilməsi, siyasi-iqtisadi-mədəni sahələrdə əlaqələrin genişləndirilməsi vacibdir. Mehriban Əliyevanın Moskvada yüksək səviyyədə qarşılanması, Rusiyanın prezidenti və baş naziri ilə görüşü, bu ölkənin yüksək mükafatına layiq görülməsi Rusiyanın da qarşılıqlı münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Açıq demək lazımdır ki, Mehriban Əliyevanın Moskvaya səfərinin Azərbaycanda həyata keçirilmiş çox ciddi kadr dəyişikliklərindən sonraya təsadüf etməsi bu səfərin əhəmiyyətini artırır".

 

Əlabbas Məhərrəmlinin fikrincə, Rusiya rəhbərliyinin bu səfərə böyük önəm verdiyini təsdiqləyən davranışları qarşılıqlı münasibətlərin daha da inkişaf etdiriləcəyinə qəti qənaət yaradır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi