Nəşi 40 gündən sonra gələn Milli Qəhrəmanımız

13:47 24-11-2019 | icon 681 | Şəhidlər və şahidlər
Nəşi 40 gündən sonra gələn Milli Qəhrəmanımız

2016-cı ilin dekabrın 29-da Ermənistan ordusunun diversiya qrupunun təxribatının qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür.



Versus.Az xəbər verir ki, Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. Çingiz Qurbanov Azərbaycan Texniki Universitetində ali təhsil alıb. O, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.


Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Çingiz Qurbanov şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ermənilər öz mənfur sifətlərini göstərərək uzun müddət şəhidimizin nəşini qaytarmayıblar.



Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verdi.



Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər iştirak etmişdi.Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.



2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.



Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI