Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb

19:11 18-04-2018 | icon 665 | Hadisə
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb

Ermənilərin odlu silahla yaraladığı 27 yaşlı Rahim Hacıyevin bel nahiyəsində olan qəlpəni götürmək mümkün olmayıb.

 

Versus.az xəbər verir ki, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Cərahiyyə Şöbəsinin müdiri Vaqif Bağırov APA-ya açıqlamasında bildirib ki, qəlpənin olduğu yerdə  əməliyyat aparılması həyatı təhlükə daşıdığı üçün onu xaric etmək mümkün olmayıb:

 

“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev xəstəxanaya döş qəfəsinin sağ yan səthindən daxilə sirayət edən odlu silah yaralanması ilə gətirilib. Vəziyyəti ağır idi, arterial təzyiqi aşağı, şok vəziyyətdə idi. Təcilli müayinəyə aparıldı, döş boşluğunda çoxlu miqdarda qan olması, ağ ciyərin zədələnməsi aşkar edildi. Rentgen müayinəsi zamanı güllə yarasının 12-ci döş fəqərəsi ilə 1-ci fəqərə arasında diskə yaxın olduğu müəyyən edildi. Təcili qaydada əməliyyata götürüldü. Döş boşluğunda olan 300 ml qram qan götürüldü və sağ ağ ciyərin deşilmiş yeri tikilərək bərpa edildi. Xəstənin döş boşluğu drenaj edildi. Hal-hazırda xəstə süni tənəffüs aparatından ayrılıb reanimasiya palatasına köçürülüb, vəziyyəti ağırdır”.

 

Qeyd edək ki, R.Hacıyev bu gün saat 13:30 radələrində əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR