Müsavat funksioneri jurnalisti hədələdi

11:32 25-11-2019 | icon 345 | Siyasət
Müsavat funksioneri jurnalisti hədələdi

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mühacir alveri qalmaqalı ilə bağlı partiya qarşısında davamlı olaraq faktlar qoyan jurnalist Yafəz Əkrəmoğlunu təhdid edərək onu məhkəməyə verəcəyini deyib.

 

Versus.Az xəbər verir ki, o, növbəti addım kimi Almaniya məhkəməsinə müraciət edəcəyini bildirib.

 

"Bütün hallarda son söz Avropa məhkəmələrinin olacaq. Yaşayarıq, görərik" - deyə, G.Aslanlı qeyd edib.

 

Jurnalist Yafəz Əkrəmoğlu isə onun bu təhdidlərinə cavab olaraq digər fakt açıqlayıb. Bildirib ki, Gülağa Aslanlı mühacirәtә gәlәnlәr üçün "paket" düzəldir. Paketin aşağı qiymәti isə 6 mindir.

 

"Ancaq Avropada bu qәlәti (qәlәt farsca sәhv demәkdir) edә bilmәzsәn. Çünki, Avropa mәhkәmәlәri sәnin saxta mühacirlәrә verdiyin arayışlardan boğaza yığılıblar. Oturub sәni gözlәyirlәr ki, gәlәn kimi sənin özünü hәbs etsinlər. "Так что", papağını qoy qabağa yaxşı düşün" - deyə, o əlavə edib.

 

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

 

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin