Paytaxt qəsəbələrində sakinlərin problemləri nəzarətə götürülüb

13:30 25-11-2019 | icon 265 | Sosial
Paytaxt qəsəbələrində sakinlərin problemləri nəzarətə götürülüb

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçiriblər. Görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı rayonların təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Binə qəsəbəsində, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçirib, sakinlərin müraciət və təklifləri dinlənilib.

 

Sakinlərin böyük fəallığı və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edilib.

 

Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür