Partiya sədrindən Əli Kərimli ilə bağlı daha bir İTTİHAM

15:20 25-11-2019 | icon 466 | Siyasət
Partiya sədrindən Əli Kərimli ilə bağlı daha bir İTTİHAM

Əli Kərimli Müsavat Partiyasını nəzarətinə götürmək üçün Tofiq Yaqublunu ön plana çıxarır. O, ağır xəstə olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin arxasından iş çevirir. Belə ki, Əli Kərimli Oqtay Gülalıyevdən boşalacaq "hüquq müdafisəçisi" pozisiyasını da Tofiq Yaqublu ilə doldurmaq istəyir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı danışan Musavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, Əli Kərimli həmişə xəyanətkar olub.

 

Partiya sədri vurğulayıb ki, Əli Kərimli tarix boyu xalqına, vətəninə, rəhbərinə həmişə xəyanət edib. O istəmir ki, özündən qabağa kimlərsə keçsin. Bu insan insanları qabağa verib evini yıxan adamdır. Oqtay Gülaliyevə xəstə vəziyyətində isə belə davranmaq təmamən mənəviyyatsızlıqdır:


"Əli Kərimli istəmir ki, Azərbaycan vətəndaşları bir yerdə olsun, milli birlik olsun, söz azadlığına hamı bir yerdə təkan versin. Ölkədə baş verən hadisələr onun əli ilə olur. O, satqın bir adamdır. O istəyir ki, Azərbaycanda özünü milli qəhrəman kimi aparsın, amma buna nail ola bilmir və ola da bilməyəcək də.
Deyə bilərəm ki, Oqtay Gülalıyevin qəzaya düşməsini də Əli Kərimli təşkil edib. Əgər istintaq orqanları ciddi işə başlasalar, Oqtay Gülalıyevin o vəziyyətə düşməsində Əli Kərimlinin təsirini aşkar edə bilərlər. Onun özünün trol dəstələri, xəritəsində saxladıqları insanlar var. Bəlkə də elə Oqtay Gülalıyevi avtomobillə vuran sürücü də Əli Kərimlinin yaxın adamlarındadır. Bunu bilmək olmaz. O adamın mənəviyyatı yoxdur. Getsin Oqtay Gülalıyeva yardım etsin, xaricdən aldığı milyonlarla ona kömək etsin də! Görüm bircə manat yardım eləyibmi? Eləməyib! Bu adam almağı bacarır. Onun ailəsi, uşağı, özü hamısı xaricdə yaşayır. Samaranın xaricdəki parfumeriya mağazasından 1000-cə dollar da Oqtay Gülalıyeva göndərsin".

 

Hafiz Hacıyev bildirib ki, ümumiyyətlə Əli Kərimli səviyyəsiz bir insandır, alverdən başqa bir iş bilmir. Onun məqsədi hardansa pul çıxartmaq, insanları aldatmaq və kimisə güdaza verməkdir:

"Özünün müavinin başına nələr oyun açdı, bunu hamı gördü. Bu adam görür ki, kimsə ondan qabağa keçmək istəyir, başlayır oyun oynamağa. Ona görə mən düşünürəm ki, Kərimli kimi əxlaqsız bir adam Azərbaycan cəmiyyətinə başdan- ayağa bir ləkədir. Məlumdur ki, Əli Kərimli Cəmil Həsənov ilə oyun oynadılar. Deyim ki, Elə Cəmil Həsənov də bunun kimi tərbiyəsizdir. Amma qoca tərbiyəsiz. O bu yaşda ağıllanmaq əvəzində gedib Vaşinqtonda oturub Milli Şura deyilən bir orqanı da, Tofiq Yaqublunu da qabağa verir. Mən düşünürəm ki, Əli Kərimli Elçibəy kimi adama xəyanət etdisə, Azərbaycanın milli hakimiyyətini devrilməsində xarici orqan və təşkilatlara işlədisə daha nə danışmaq olar? O, heç əsgərlikdə də olmayıb. Yalandan gedib orda bir şəkil çəkdiribdir".


Müasir Musavat Partiyasının sədri onu da vurğulayıb ki, Əli Kərimli ətrafında olan milli qüvvələrin birləşmə prosesi başladığını görən zaman dağıdıcılıqla məşğul olur. Azərbaycanda nə qədər hadisə baş veribsə, Əli Kərimli ilə bilavasitə əlaqəlidir. O, həmçinin qeyd edib ki, Qarabağın unudulmasında Əli Kərimli və yoldaşlarının rolu böyükdür. Onların Azərbaycanda xalqın arasına çıxmaq üçün mənəvi haqqı yoxdur:


"Elçibəyin hakimiyyətini də parçalayan Əli Kərimli ilə İsa Qəmbər olub. Ölkəni bu günə salan onlar oldu. Ona görə ki, onlar 20- 30 ildir ki, xalqın başının altına yastıq qoyurlar. Qarabağın unudulmasında da onların müstəsna xidmətləri var. İmkan vermirlər ki, Azərbaycanın siyasi partiyaları , sözü keçən insanlar bir araya yığışsınlar. Düşünürəm Əli Kərimlinin siyasi arenasında rolu başa çatıb". /sonxeber.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin