Ermənistan Rusiyada həbs olunan eks-deputatı geri tələb etdi
Ermənistan Baş Prokurorluğu Rusiya Baş Prokurorluğuna keçmiş deputat Levon Sarkisyanın (“Alrahatsi Levik”) ekstradisiyası barədə vəsatət göndərib.
Versus.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Noyabrın 22-də məlum olub ki, Ermənistan polisi rusiyalı həmkarları ilə birlikdə Sarkisyanı Zelenoqradda saxlayıb. Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyanın Feysbuk səhifəsində verdiyi məlumata görə, iki idarənin razılığı nəticəsində Rusiya tərəfi tələbi təmin edib və Sarkisyanı 40 gün müddətinə həbs edib.
Qeyd olunur ki, Sarkisyan 11 il əvvəl Ermənistan gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın malikanəsinə hücumla əlaqədar açılan cinayət işində təqsirli bilinən şəxsdir.
O, Ermənistan Cinayət Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinin 1-ci və 2-ci hissələri (ağır bədən xəsarəti ilə soyğunçuluq) və 223-cü maddənin 2-ci bəndinə (cinayətkar birlik yaratmaq və ya cinayət icmasında iştirak etmək) əsasən ittiham olunur. /Virtualaz.org/
Versus.Az
Xəbər lenti
Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR
"Bu, sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir"