Moskvada yaşayan azərbaycanlı alim yüksək mükafata layiq görüldü

13:46 26-11-2019 | icon 785 | Cəmiyyət
Moskvada yaşayan azərbaycanlı alim yüksək mükafata layiq görüldü

Moskva şəhərində yaşayan Azərbaycanlı alim, professor Ələddin Allahverdiyev dünən – 25 noyabr 2019-cu ildə Rusiyanın nüfuzlu X.A.Raxmatulin adına medal və G.A.Tyulin adına medalla təltif olunub.



Versus.Az xəbər verir ki, bu barədə Ələddin Allahverdiyevin həmyerlisi və yaxın dostu, tədqiqatçı-jurnalist Araz Yaquboğlu məlumat verib.



“Noyabrın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Rusiya Elmlər Akademiyasının Nəzəri və Tətbiqi mexanika üzrə Milli Komitəsinin və Rusiya Kosmonavtika Federasiyasının birgə müşavirəsində Moskva Dövlət Elektron Texnika İnstitutunun professoru Ələddin Allahverdiyev gördüyü elmi işlər barəsində geniş məruzə ilə çıxış edib. Məruzədən sonra professor Ələddin Allahverdiyev bu sahələrdə aldığı dəyərli, sanballı elmi nəticələrə görə böyük elmi əhəmiyyət kəsb edən iki – X.A.Raxmatulin və G.A.Tyulin adına medalla təltif edilib”.



Araz Yaquboğlu həmçinin qeyd edib ki, bu medallar ona görə əhəmiyyətlidir ki, onlar ayrı-ayrı sahələrdə: kosmik fəzanın tədqiqində və piezoelectric mühitlərdə dalğaların yayılmasının, pyezorlektrik sistem və cihazların əlaqəli rəqslərinin tədqiqinə aiddir. Və bu sahədə elmi yeniliklər etmiş alimlər bu medallarla təltif olunur.



Onu da qeyd edək ki, G.A.Tyulin Sovet kosmik proqramının banilərindən biri, Azərbaycanlı alim Kərim Kərimovun yaxın dostu olub.

 

Moskvada yaşayan azərbaycanlı alim yüksək mükafata layiq görülüb - FOTO

 

Moskvada yaşayan azərbaycanlı alim yüksək mükafata layiq görülüb - FOTO

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin