Muzeylərdə açıq qapı günü
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə açıq qapı günü elan edib.
İdarədən Versus.az-a verilən məlumata görə, açıq qapı günü Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə ediblər.
Təbiət Kamil
Versus.Az
Xəbər lenti
Deputatdan TƏKLİF
"Parlamentdə Rusiyadakı terrorla bağlı iclas keçirilsin!"