Bu nahiyədə ləkələr varsa... - SOS

01:25 27-11-2019 | icon 550 | Sağlamlıq
Bu nahiyədə ləkələr varsa... - SOS

Hazırda II tip diabet xəstəliyi dünyada sürətlə yayılan xəstəlikdir. Xəstələr əvvəllər yaxşı olduqlarını, şəkərin qəfil onları yaxaladığını deyir.

 
 
Halbuki bir çox xəstəliklər kimi diabet də "gəlirəm” əlamətləri verir.
 
 
Versus.Az ən azı 5-7 il öncədən bəzi əlamətlərlə diabetə doğru gedəcəyinizi xəbər verir.
 
 
1.Sİdiyə tez –tez getməyə başlamısız.
 
Fərqi yoxdur, gecə, gündüz, hiss edirsiz ki, tualetdə gününüz çox keçir? Qanda artıq qlükoza sidiklə ixras olur. Eləcə də bədən çox maye itirir. 
 
 
2. Aclıq hissi artıb, iştah yüksəlib
 
Bunda pis nə var ki, düşünürsüz. Lakin normadan artıq aclıq, yeyib doymamaq şəkərli diabetin elə birinci xəbərçisidir. 
 
 
3.Tez yorulma, tənbəllik
 
Diabet xəstələri 3 il öncədən hədsiz yorğunluq, enerjisizlikdən şikayətləndiklərini xatırlayır. Heç bir iş görmədən, elə evin içindəcə yorğun-arğın gəzmək o deməkdir ki, orqanlar və hüceyrələr lazımi qədər enerji almır.
 
 
4.Görməniz zəifləyir
 
Bunun üçün göz həkiminə gedirsiz, o sizdə görmədə zəiflik, yaxından uzaqdan görmə, astiqmatizm tapır, amma heç kim demir ki, qanda insulin dirənçini yoxladın. Çünki artan şəkər göz damarlarını zədələyir. Vaxtında xəstəlik aşkar olunmadıqda və müalicə edilmədikdə, gözlər çox zəifləyir
 
 
5.Piqment ləkələri
 
Boyun, boğaz, qolaltı, qasıqda qəhvəyi ləkələrin əmələ gəlməsi də II tip diabetə bir işarə ola bilər.
 
 
6.Tez-tez göbələk infeksiyalarına yoluxmaq
 
Dəridə, dırnaqlarda, ağız içində, qadınlarda vaginal göbələk infeksiyalarının artması, gec sağalması, qaşınma artıq diabetə doğru yol aldığınızı göstərir
 
 
Əgər sizdə bu əlamətlər  varsa, nəsildə diabet xəstələri olubsa, yaşınız 45-i keçibsə, çəkiniz çoxdursa, endokrinoloq müayinəsinə gedərək preddiabet və diabet üçün lazımi analizləri verin. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin