MSK KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib

15:55 27-11-2019 | icon 333 | Siyasət
MSK KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində “Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçası hazırlayıb.

 

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyindən Versus.Az-a verilən məlumata görə, layihə kütləvi informasiya vasitələrinin bələdiyyə seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsinə hədəflənib.

 

Nəşrdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin edilməsi, seçki subyektlərinin maarifləndirilməsi, habelə seçkiqabağı təşviqat prosesi və səsvermə günü kütləvi informasiya vasitələrinin rol və vəzifələri geniş izah olunub.

 

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Kütləvi informasiya vasitələri haqqında” Qanun və MSK tərəfindən qəbul edilən normativ xarakterli sənədlər əsasında hazırlanıb.

 

"Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından və MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) də əldə etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin