İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstə çıxdı

17:34 27-11-2019 | icon 404 | Hadisə
İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstə çıxdı

Deyib ki, əvvəllər tanıdığı şəxsə məxsus evdə başqa şəxsin yaşaması onu narahat edir

 

Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

 

İdarədən verilən məlumata görə, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər.

 

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır.

 

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin