“Aşiq Səttar” layihəsinin təqdimatı keçirilib

10:55 28-11-2019 | icon 267 | Mədəniyyət
“Aşiq Səttar” layihəsinin təqdimatı keçirilib

“Sərhədsiz incəsənət” beynəlxalq seminarı çərçivəsində noyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Aşiq Səttar” layihəsinin təqdimatı olub. Layihə görkəmli fırça ustası Səttar Bəhlulzadənin 110 illik yubileyinə həsr olunub.

 

Layihədən əvvəl seminar iştirakçılarına Xalq rəssamı Səttar Bəhlulzadə haqqında məlumat verilib.

 

Səttar Bəhlulzadənin yaradıcılığı Azərbaycanın müasir rəngkarlıq tarixinin xüsusi və parlaq səhifələrindəndir. Sənətsevərlər onun bir çox əsərlərini yaxşı tanısalar da, rəssamın yaradıcılıq taleyinin başlanğıcı haqqında az məlumatlıdırlar.

 

Azərbaycan Milli İncəsənət Muzeyi, dünyanın böyük muzeylərinin təcrübəsindən istifadə edərək, Gənc Tamaşaçılar və Pantomima teatrlarının bədii kollektivləri ilə birgə orijinal kompozisiya tərtibatında Səttar Bəhlulzadənin incə ştrixlərlə işlənilmiş portreti, həyatı və yaradıcılığı haqqında canlı hekayə təqdim edib. Pantomima sənətinin zəngin emosional palitrası, sözsüz dil, hər kəsin anladığı universal dil olaraq təsadüfən seçilməyib. Səttar Bəhlulzadə zahirən dinməz və özünəqapanmış, daxilən isə güclü, romantik, rəhmli, alicənab, ədalətli, həyatı sevən biri idi. Həyat ona min əziyyət yaşatsa da, rəssam yüksək yaradıcılıq ruhu ilə ölümsüz əsərlər yaratmışdır.

 

Layihənin ideyası Milli İncəsənət Muzeyinə məxsusdur. Kompozisiyanın bədii rəhbəri Gənc Tamaşaçılar teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev, ssenari müəllifi və quruluşçu rejissor Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğludur. Rollarda Bəhruz Vaqif oğlu, Hilal Dəmirov, Leyla Atayeva çıxış edirdi.

 

Tamaşada Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadənin musiqi əsərlərindən və Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiqin poeziya nümunələrindən istifadə edilib. Layihənin məsləhətçisi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevdir.

 

Tamaşa seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin