Azərbaycanın «Как По Маслу»! komandası İsrailin Gülüş Liqasını qazanıb

02:07 29-11-2019 | icon 366 | Mədəniyyət
Azərbaycanın «Как По Маслу»! komandası İsrailin Gülüş Liqasını qazanıb

«Как По Маслу»! Azərbaycan komandası Aşdod şəhərində keçirilən İsrail Gülüş Liqasının ikinci mövsümünün qalibi olub.

 

Versus.Az xəbər verir ki, bu, Azərbaycanın Gülüş Liqasının beynəlxalq layihəsindəki ilk böyük uğurudur.

 

Finalda «Я так и знала» (Hayfa, İsrail) - məşqçi Qleb Timoşenko (Xarkov, Ukrayna), «Сборная разных городов» (İerusalim, Aşdod, Hayfa, İsrail) – məşqçi Aleksandr Stepanenko (Xmelniktskiy, Ukrayna) «Изюмовы» (Kiyev, Poltava, Ukrayna) – məşqçi Sergey Sivoxo (Kiyev, Ukrayna) «Как по маслу» (Bakı, Azərbaycan) – məşqçi Marina Ostrovkaya (Aşdod, İsrail) komandaları iştirak edirdilər.

 

Festivalın aparıcıları Aleksandr Androsov və Aleksandr Manayev idilər.

Qeyd etmək lazımdır ki, «Как по маслу» komandası bir il əvvəl Ukraynanın ən reytinqli “1 + 1” kanalında Gülüş Liqası yumor şousunda səyahətə başladı, bu layihədə ilk ölkə təmsilçisi oldu və bu gün Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə Azərbaycan komandasıdır. Həmçinin 9 noyabrda Kiyev şəhərində keçirilən “Qış Kuboku”nda komandamız, “Liqa Smexa 2019 Ən yaxşı səhnəciyi” nominasiyası üzrə kubok qazandı.

 

Komandanın kapitanı Cavid Şahbazbəyov özünəməxsus formada sevincini sosial şəbəkələrdə bölüşdü:

"At ölməyib, at irəlləyir və qazanır! Biz Çempionuq! Biz bunu öz dalğamızda etdik! Bakının məhəllələrindən olan sadə oğlanlar!". Azərbaycan Gülüş Liqasının rəhbəri Cavid Şahbazbəyovun dediklərinə görə uğura aparan yolun çətin və hətta bəzən keçilməz olduğu qələbəni komanda üçün daha şirin və əvəzsiz edib. Komanda olaraq birgə bütün qarşıya qoyulan çağırışlara hazırıq! Komandanın çempion tituluna layiq görülən üzvləri- Səməndər Rzayev, Qalib Musayev, Emil Dalivalov, Tamerlan Nağıyev, Elmir Orucov, Valeh Dayanov.

 

İlk gündən Final Oil Ticarət Markasıbizə inandı və məhs onların hərtərəfli dəstəyi ilə bizim arzular və uğurlar gercəkləşir. Eyni zamanda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi öz dəstəyini komandamızdаn əsirgəmir. Bizim yanımızda olan, sevincimizi bölüşən hər kəsə Çox sağolun! demək istərdik. Bizə inanın, biz sizin kimi Vətənini sevən gənclərik! Və sonda demək istərdik, Gülüş Liqasına gəlin və hər şey Yağ kimi olacaq. Gülüş Liqası yumorun sağlam ünvanı".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi