Yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət xidməti göstərilib

02:09 29-11-2019 | icon 372 | Təhsil
Yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 239№-li məktəbdə 8-11-ci sinif şagirdləri üçün peşəyönümü məsləhət tədbiri keçirilib.

 

Versus.Az xəbər verir ki, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib.

 

Peşəyönümü tədbirlərinin davamı kimi, cari ilin ötən dövründə respublika üzrə 89 min 714 nəfər vətəndaş bu tədbirlərə cəlb olunub. Onlara peşəyönümü məsləhət xidməti göstərilib, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verilib.

 

Peşəyönümü xidmətinin əsas hədəf qrupları Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, məktəbəqədər təhsil müəssisələrinin uşaqları, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin