Atəşkəs 23 dəfə pozulub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti

ALDP seçkilərlə bağlı qərarını verdi
Partiya növbədənkənar parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edib
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib
Filarmoniyada anım gecəsi təşkil olunub
YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Xəstəxanada yanğın
Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakının bu rayonunda su kəsiləcək
“Bizim vaxtımıza hələ var"
Nazirlik məktəblilərin ölümü ilə bağlı məlumat yayıb
“Sən elə bir zirvəsən...” mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında (VİDEO)
DİN-in Polis Akademiyasında anım mərasimi keçirilib
Bakıdakı bayram yarmarkalarında QİYMƏTLƏR
Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur
Bakıda ağır qəza - VİDEO
Atəşkəs rejimi yenə pozuldu
İrəli
