“Növbədənkənar seçki, bizim üçün fövqaladə deyildi”

13:46 29-11-2019 | icon 73 | Siyasət
“Növbədənkənar seçki, bizim üçün fövqaladə deyildi”

Fuad Əliyev: “Növbədənkənar parlament seçkilərindən sonra parlamentdə tamamilə yeni simalar olacaq”

 

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Milli Məclisin verəcəyi qərardan asılı olaraq məsələ geniş ictimaiyyətin müzakirəsindədir. Hələ ki, YAP-ın Milli Məclisin buraxılması ilə bağlı vediyi qərarını gözlənilməz hesab edən ictimai-siyasi kəsim bu prosesi təhlil etməklə məşğuldur. Bir çox siyasi partiyalar üçün isə növbədənkənar parlament seçkiləri heç də gözlənilməz deyil.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a danışan Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, seçki ilə bağlı qərar gecikmiş də olsa, düzgün qərardır.

 

Partiya sədri bildirib ki, növbədənkənar parlament seçkiləri məntiqlə 2017-cı ildə keçirilməli idi.

 

“Çünki həmin ildə keçirilən referendumdan sonra yeni qanuna əlavə dəyişikliklər qəbul olunmuşdu. Və biz, cəmiyyət, müxalifət olaraq, bu seçkini gözləyirdik. Sonradan 2018-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səslənsə də, əvəzinə prezident seçkiləri keçirildi.  Bu mənada hesab edirəm ki, çoxdan gözlənilən seçkilər axır ki, baş verir və yəqin ki,  yeni ilin əvvəlində  seçkilər təyin olunmaqla keçiriləcək”.

 

Partiya sədri bildirib ki, Yeni Azərbaycan Partiyasının bu qərarını Liberal Demokrat Partiyası olaraq normal qəbul edir, bunu partiya üçün gözlənilən hesab edib:

 

“İndiki situasiyada bu fövqaladə bir qərar kimi qəbul edilsə də, bizim üçün fövqaladə deyildi.  Yəqin ki, bu gün parlament bu məsələyə baxacaq və parlamentin təqdimatı ilə dövlət başçısı buna öz münasibətini bildirərək növbədənkənar parlament seçkilərinin gününü təyin edəcək”.

 

ALDP sədri müxalifətin bu seçkilərə qatılıb-qatılmamağı ilə bağlı partiya olaraq əvvəl də öz mövqelərini ortaya qoyduqlarını deyib:

 

“ Biz partiya olaraq istər bələdiyyə, istərsə də parlament seçkilərində iştirak etsək də, məlum elan etdiyimiz səbəblər üzündən bu ildən öz qərarlarımızı dəyişmişik. Partiyamız bələdiyyə seçkilərində iştirak etmir. Növbədənkənar parlament seçkilərinə gəlincə, bu barədə hələ ki, qərarımızı verməmişik.  Yəqin ki, gələn həftə partiyanın idarə heyəti toplanacaq və buna öz münasibətimizi bildirəcəyik. Digər tərəfdən Azərbaycan Liberal Demokrat Partiyası AXH-nin Təşkilat Komitəsinin üzvü kimi də bunu həmin qurum daxilində də müzakirə edəcək. Seçkilərdə iştiakla bağlı məsələni müzkirə edib, qərarımızı açıqlayacağıq”.

 

F.Əliyev hesab edir ki, növbədənkənar parlament seçkilərindən sonra parlamentdə tamamilə yeni simalar olacaq. Parlamentin 80 faizini təşkil edən indiki mövcud yaşlı deputatlar seçilməyəcək. Və parlamentə yeni adamlar gələcək.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

Milli Məclisin adı dəyişdiriləcəkmi?

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Azərbaycanda ilk dəfə!