Bu xəstəlik də "cavanlaşıb"

02:50 30-11-2019 | icon 1760 | Sağlamlıq
Bu xəstəlik də "cavanlaşıb"

Nərminə Abbasova: “Müalicə edilməyən koksartrozlar illər sonra getdikcə ağırlaşır və xəstənin yeriməsini çətinləşdirir”

 

Bu gün insanlarımızın daha çox şikayətləndiyi xəstəliklərdən biri də Koksartroz - bud-çanaq oynağının zədələnməsidir.

 

 

 

Xəstəliklə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır.

 

Həkim-terapevtin sözlərinə görə, bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma kimi tanınır:

 

“Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki sümüyün bir-biri üzərində ağrısız və minimal sürtünmə ilə sürüşməsini təmin edir. Bu oynaq qığırdağının pozulması və aşınmasına duzlaşma və ya koksartroz deyilir. Əslində el arasında deyilən duzlaşma ilə heç bir əlaqəsi yoxdur. Xəstələrdə ilk şikayətlər səhər yerindən qalxarkən qasıqda və budun ön-iç tərəfinə yayılan ağrı və narahatçılıq hissinin olmasıdır. Ağrı hərəkət edərkən artır, istirahətlə azalır. Bu şikayətlər digər bud-çanaq oynağı xəstəliklərində də rast gəlinir”.

 

Nərminə Abbasova deyir ki, müalicə edilməyən koksartrozlar illər sonra getdikcə ağırlaşır və xəstənin yeriməsini çətinləşdirir. Ağır hallarda oynaq ətrafında yeni sümük çıxıntılar - osteofitlər yaranır. Demək ki, qığırdaq tamamilə aşınmışdır, sümük sümüyə sürtməyə başlamışdır. “Bir müddət sonra oynaq hərəkəti tamamilə məhdudlaşa bilər” deyən həkim-terapevt qeyd etdi ki, bundan sonra əzələlərdə zəiflik və çatışmazlıq yaranır:

 

“Bu xəstəlik birincili və ikincili ola bilər. Birincili koksartrozda duzlaşmaya səbəb olan müəyyən xəstəlik yoxdur. Birincili koksartrozun səbəbləri arasında genetik meyillilik, çəkinin artıq olması, ağır fiziki iş və sair görülür. İkincili koksartrozlar müəyyən xəstəliklər zəminində yaranmış olur.

İkincili koksartrozların səbəbi olaraq bud-çanaq oynağı displaziyaları, bud-çanaq oynağında keçirilmiş sınıqlar, revmatizmal xəstəliklər, bud sümüyü başı avaskulyar nekrozu, oynaq nahiyəsinin keçirilmiş infeksiyaları göstərilə bilər”.

 

Həkim vurğuladı ki, diaqnoz fiziki müayinə və çəkilən rentgenlə qoyulur və xəstəliyin ağırlıq dərəcəsinə görə uyğun müalicə məsləhət görülür. Müalicə konservativ və cərrahi olaraq ikiyə bölünür. Nərminə xanım qeyd etdi ki, konservativ müalicədən daha çox xəstəliyin erkən dövrlərində olanlar fayda görür.

 

Həkim-terapevt onu da bildirdi ki, koksartroz istənilən yaş qrupundan inkişaf edə bilər. Lakin daha tez-tez bu xəstəlik 40 yaşından yuxarı olan insanlarda inkiaşf edir:

 

“Hazırda bu xəstəlik "cavanlaşıb". Xəstəliyə hətta uşaq və yeniyetmələr də təsadüf edilir. Xəstəliyin əvvəlində koksartroz cərrahiyə müdaxiləsi olmadan uğurla müalicə oluna bilər. Lakin, təəssüf ki, xəstələr adətən xəstəliyin ilkin mərhələlərində yüngül ağrılara fikir vermir və həkimlərə müraciət etmir. Xəstəlik isə getdikcə inkişaf edir. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsulla müalicə olunur. Bu əməliyyat ağır, travmatik əməliyyatlardan biridir, əməliyyatdan sonra bərpa dövrü də uzun və xəstə üçün çətin olur”.

 

İlkin koksartrozun özü-özündən və həmçinin digər xəstəliklərin fonunda inkişaf edə bildiyini deyən həkim-terapevt bildirdi ki, bu xəstəliklər arasında anadangəlmə bud çıxığı, anadangəlmə bud-çanaq oynağının displaziyası, müxtəlif travmalar, bud-çanaq oynağının iltihabı göstərilir.

 

DİQQƏT!

Əgər koksartroz haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı