Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə irad bildirib

17:01 20-04-2018 | icon 644 | Siyasət
Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə irad bildirib

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə iradını bildirib.

 

Versus.az xəbər verir ki, iclasda İnsan haqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatının müzakirəsi zamanı Ə.Amaşov bildirib ki, vaxtilə İnformasiya Ombudsmanı yaratmaq təşəbbüsü var olsa da, müxtəlif səbəbdən gerçəkləşməyib:


 

“Bunun əsas səbəblərindən biri də vahid Ombudsman sisteminin olması idi. Nəyə görə informasiya əldə etmək məsələləri ilə ciddi məşğul olunmur? Öyrənmək istərdim ki, Ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır. Məsələn, vicdan azadlığı ilə bağlı 9 müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlərə diqqət ayrılmalıdır”. 


 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Ə.Amaşova cavab olaraq deyib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına onlarla informasiya sorğusu daxil olub. O qeyd edib ki, bunlar daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır:

 

“Bu məsələdə Ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərlə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilir. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı