“Yaşar” tamaşasının premyerası keçirilib


“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq Sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” başa çatıb.
Versus.Az xəbər verir ki, "Cəfər Cabbarlı həftəsi"nin növbəti təqdimatı Akademik Milli Dram Teatrında olub.
Belə ki, teatrsevərlər C. Cabbarlının “Yaşar” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənоvаdır.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (İmamyar), Ramiz Məlik (İvanov), Cəfər Namiq Kamal (Əmirqulu), Əli Nurzadə (Niyaz), əməkdar artistlər Elnar Qarayev (Yaşar), Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruzov (Toğrul), əməkdar artistlər Məsmə Aslanqızı (Türkan), Ayşad Məmmədov (Belekurov), aktyorlar Rada Nəsibova (Yaqut), İlyas Əhmədov (Türbət), Rüstəm Rüstəmov (Nüsrət), aktyor Ramin Şıxəliyev (Əmirqulu), əməkdar artist Mehriban Xanlarova və aktyor Firuzə Balayeva (Şərəbanu), aktyorlar Elnur Qədirov (Əliverdi), Vüsal Mustafayev (Həsən), əməkdar artistlər Elşən Rüstəmov (Prokuror) və Elxan Quliyev (Sədr) çıxış edirlər.
Qeyd edək ki, müəllif "Yaşar" pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, onun dostları olan gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə "Yaşar" adlandırılıb. "Yaşar"dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar. Dramda konflikt real və məzmunludur.
Versus.Az

Xəbər lenti

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
Bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək
İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib
Filarmoniyada anım gecəsi təşkil olunub
YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Xəstəxanada yanğın
Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakının bu rayonunda su kəsiləcək
“Bizim vaxtımıza hələ var"
Nazirlik məktəblilərin ölümü ilə bağlı məlumat yayıb
“Sən elə bir zirvəsən...” mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında (VİDEO)
DİN-in Polis Akademiyasında anım mərasimi keçirilib
Bakıdakı bayram yarmarkalarında QİYMƏTLƏR
Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur
Bakıda ağır qəza - VİDEO
Atəşkəs rejimi yenə pozuldu
Maraqlı statistika
İrəli
