Ertələnən seçkilərdə iştirakçılıq

11:21 21-04-2018 | icon 345 | Siyasət
Ertələnən seçkilərdə iştirakçılıq

 

İqbal Ağazadə: “Seçki qərarını Ərdoğan müxalifətin diliylə bəyan etdi”

 

Fuad Əliyev: “Boykotçu müxalifət hakimiyyətə manevr etmək imkanı verir”

 

Türkiyədə 24 iyuna təyin olunmuş növbədənkənar prezident və parlament seçkilərinin təyin edilməsinə ana müxalifətin sərgilədiyi mövqe Azərbaycanda da maraq doğurub.

Mətbuata verdikləri açıqlamada ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu və MHP-dən ayrılaraq İyi Partiya quran xanım Meral Akşener də bu qərarı dəstəklədiklərini bildirib.

Meydanı iqtidara güzəştə gedib passiv mövqedə dayanmaqla bu hakimiyyətə daha sərbəst mühit yaratdılar. Seçkiyə qatılmamaq üçün müxtəlif bəhanələr gətirən Azərbaycanın boykotçu müxalifətindən fərqli olaraq, qardaş Türkiyədə 24 iyun seçkiləri əsas müxalif qurumlardan sayılan MHP-nin sədri Dövlət Baxçalının təklifi əsasında təyin olundu. Eləcə də CHP və İyi Partiya bu prosesdə iqtidardan daha çox maraqlı olduqlarını ortaya qoyublar.

 

Versus.Az-a məsələylə bağlı münasibətini bildirən Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, Azərbaycandan fərqli olaraq Türkiyədə AKP iqtidarı razılaşdırılmış qaydada növbədənkənar seçkini müxalifətin diliylə bəyan etdi:

 

“Biz seçkidə iştirak etsəydik, favorit ola bilərdik”

 

“Bundan əvvəl də cənab Ərdoğan bəyan etmişdi ki, normal ölkələrdə erkən parlament seçkiləri keçirilmir. Aparılan müşahidələr də göstərir ki, 2019-cu ilin noyabrına qədər Türkiyədə iqtisadi vəziyyət daha da ağırlaşacaq. Məhz bunu nəzərdən qaçırmayan AKP iqtidarı Afrin əməliyyatının uğurlarından istifadə edərək seçkini ertələşdirməyə qərar verdi. Secki qərarını da Ərdoğan müxalifətin diliylə bəyan etdi”.

 

Erkən seçkilərə münasibətdə Azərbaycan və Türkiyə müxalifətinin fərqli yanaşma tərzinə öz münasibətini bildirən Ağazadənin fikrincə, qardaş ölkədə sistem müxalifəti mövcuddur:

 

"Bu müxalifər dövlətdən dəstək almaqla yanaşı, hətta parlamentdən kənarda qalanda belə bu yardımı görür. Bu baxımdan Azərbaycan müxalifəti ilə Türkiyə müxalifətinin taktiki gedişləri arasında paralellər aparmaq düzgün deyil və bütün bunları eyniləşdirmək olmaz”.

 

Ümid Partiyasının seckiyə qatılmamasının səbəbini partiyanın növbəti qurultayının keçirilməməsilə əlaqələndirən İqbal bəy onu da vurğuladı ki, əgər bizdə belə bir problem olmasaydı məmnuniyyətlə seçkiyə qatılardıq:

 

“Biz köhnə qurultay nümayəndələrinin səlahiyyətinə keçirilən konfranslarda xitam verdiyimizə görə, həmin kəslərin keçirəcəyimiz qurultayda səlahiyyətli nümayəndəsi statusu olmadığından seçki prosesindən kənarda qaldıq. İnanıram ki, biz seçkidə iştirak etsəydik, favorit ola bilərdik. Ancaq biz heç bir halda seçkinin boykot ediməsinin tərəfdarı deyildik”.

 

“...Hakimiyyətə manevr etmə imkanı verirlər”

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev həm Azərbaycan, həm də Türkiyə müxalifətinin seçkilərin ertələnməsi fonunda siyasətdə iştirakçılıq addımlarından danışıb:

 

“Seçkiyə münasibətdə Azərbaycan müxalifətinin boykotçu kəsimi hələ də 30 il bundan öncəki təfəkkürlə çıxış etmədədilər. Dünyanın müxtəlif ölkələrində bu kimi hallara rast gəlinib. Ancaq fəaliyyətində normal prinsiplərə söykənən siyasi qurumlardan heç biri bu səpkidən çıxış etməyib. Elə qardaş Türkiyənin timsalında da biz bunun şahidi oluruq. Türkiyədə ana müxalifətin seçkinin ertələnməsinə münasibətdə siyasətdə iştirakçılıq mövqeyindən çıxış etməsi alqışlanasıdır”.

 

Boykotçu müxalifətin “biz hazırlıqsız yaxalandıq” iddiasını da ALDP sədri tam məntiqsiz hesab edir:

 

“Siyasi partiyalar öz fəaliyyətlərində zamanından asılı olmayaraq bütün proseslərə tam hazır olmalıdırlar. Təbii ki, burada müəyyən prosedur qaydalar mövcuddur ki, axsamalar iştirakçılığa əngəl ola bilər. Ancaq həmin əngəllərin özü də partiyaların fəaliyyətsizliklərindən doğan məsələdir. Siyasi partiya yaranırsa, heç şübhəsz ki, ortada hakimiyyətə gəlmək uğrunda bir mübarizə var. Və mübarizədə də əsas vasitə seçkilər yoludur. Seçkini boykot edən siyasi qurumlar bir tərəfdən siyasətdə iştirakçılıq bacarıqlarının olmadığını öz dilləriylə təsdiqləyirsə, başqa bir tərəfdən də hakimiyyətə manevr etmə imkanı verir. Bu baxımdan İstər Azərbaycan, istərsə də qardaş Türkiyədə müxalifətin seçkidə iştirakını dəstəkləyir və bunu ən düzgün seçim hesab edirik. Seçkini boykot edənlər əslində hakimiyyətlərə manevr etmə imkanı verirlər”.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"